Bank “BTB” maliyyə göstəricilərini açıqladı
Bank “BTB” ASC 2025-ci ilin 1-ci yarısı (yanvar-iyun) üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, müsbət dinamika davam etməkdədir. Belə ki, bankın əməliyyat mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.5% artaraq 2.6 milyon manata çatıb. Bankın xalis faiz gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11.3% artaraq 6.6 milyon manat, qeyri-faiz gəlirləri 29,7% artaraq 3,3 milyon manat təşkil edib.
Qeyd edilib ki, Bankın 6 ay üzrə xalis mənfəəti isə 1,1 milyon manatı* ötmüşdür. Hesabat dövrü ərzində gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişiklikləri nəzərə alaraq 2,8 milyon manat xərc yaranmışdır.
2025-ci ilin 2-ci rübü ərzində Bank “BTB” ASC 3 milyon manat məbləğində kapital artımını uğurla həyata keçirmişdir. 7 il tədavül müddətinə malik olan istiqrazların emissiyası subordinasiya borc öhdəliyi kimi tanınmış və bu da Bank “BTB” ASC-nin II dərəcəli kapitalının artırmasına və maliyyə dayanıqlığının daha da güclənməsinə kömək etmişdir.
Qeyd edilib ki, Bank İpoteka kreditləri üzrə mövqeyini qoruyur və aparıcı banklardan biri olaraq 2025-ci ilin 6 ayı ərzində 7 milyon manat məbləğində 68 vətəndaşa Adi və Güzəştli ipoteka krediti rəsmiləşdirilmişdir. MİDA tərəfindən layihə üzrə hər – hansı bir satış olmadığı üçün bank tərəfindən bu məhsul üzrə rəsmiləşdirmə olmamışdır.
30 İyun 2025-ci il tarixində Bank “BTB”nin məcmu kapitalı 52,3 milyon manat təşkil etmişdir, bu da Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 22 % təşkil etməklə, Mərkəzi Bankın minimum tələbini (10%) əhəmiyyətli dərəcədə üstələyir.
Bankın ani likvidlik əmsalı isə 185% təşkil edir, bu da Mərkəzi Bankın minimum tələbindən 6 dəfə artıqdır (Mərkəzi Bankın minimum tələbi - 30%).
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
*Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən xərc nəzərə alınmadan.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
11 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
11 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
11 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
11 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
13 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton





















