“AzSığorta”və “Qala Sığorta”ya icrası məcburi sərəncam verilib
Mərkəzi Bank “AzSığorta” ASC-yə, “Qala Sığorta” ASC-yə və bir sıra müstəqil ekspertlərə icrası məcburi sərəncamın verilməsi barədə məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “AzSığorta” ASC-də aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması ilə əlaqədar olaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən, “AzSığorta” ASC-yə icrası məcburi sərəncam verilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Qala Sığorta” ASC-də aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması ilə əlaqədar olaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən, “Qala Sığorta” ASC-yə icrası məcburi sərəncam verilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan monitorinq zamanı reyestrə daxil edilmiş bir sıra müstəqil ekspertlərin reyestr məlumatlarının yenilənməməsi və icbari sığorta növü üzrə fəaliyyətin İcbari Sığorta Bürosunun sistemi vasitəsilə həyata keçirməməsi ilə əlaqədar olaraq həmin müstəqil ekspertlərə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsi əsasında icrası məcburi göstəriş verilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















