Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
Beynəlxalq kredit reytinqi təşkilatı "Fitch Ratings"in açıqlamasında - neft qiymətlərində dalğalanma artsa da, qlobal bazarda təklif artığı səbəbindən geosiyasi risk mükafatının (bahalaşma effektinin) məhdud qalacağı proqnozlaşdırılır və bunun İran və Venesueladakı istehsal qeyri-müəyyənliklərini balanslaşdıra biləcəyi vurğulanır.
Marja.az xəbər verir ki, açıqlamada İranda baş verə biləcək mümkün təklif kəsintilərinin (hasilatın azalmasının), təklif artığı olan qlobal bazar tərəfindən qarşılanacağı qeyd edilib.
Venesuelada potensial təklif artımının qısa müddətdə məhdud qalacağı, uzun müddətdə isə əhəmiyyətli istehsal artımının çox çətin olacağı bildirilib. Neft İxrac Edən Ölkələr Təşkilatı-nın (OPEC) həcmlə dəyər arasında edəcəyi strateji seçimlərin neft bazarının istiqamətini müəyyənləşdirmədə kritik rol oynayacağı vurğulanıb.
Fitch belə bir qiymətləndirmə verib:
“Qlobal neft bazarının 2026-cı ildə də təklif artığı (neft bolluğu) verməyə davam edəcəyi gözlənilir. Fitch 2025-ci ildə gündəlik 3 milyon barrel təklif artımı olduğunu, 2026-cı ildə isə bunun 2,5 milyon barrel daha artacağını proqnozlaşdırır. Buna qarşılıq tələb artımının hər iki ildə də yalnız təxminən 0,8 milyon barrel səviyyəsində qalacağı gözlənilir.”
“Venesuelanın neft istehsalında 15 il əvvələ qayıtması çətindir”
Fitch-in açıqlamasında, Venesuelanın qlobal sübut edilmiş neft ehtiyatlarının təxminən 17 faizinə sahib olmasına baxmayaraq, 2025-ci ilin noyabr ayına olan məlumata görə qlobal xam neft istehsalının yalnız 0,8 faizini həyata keçirdiyi bildirilib. Sanksiyalar və yetərsiz investisiyalar səbəbindən ölkənin neft istehsalının son 15 ildə ciddi şəkildə azaldığı qeyd olunub.
Fitch Venesuelada 2010-cu ildə gündəlik 2,5 milyon barrel olan neft istehsalının 2024-cü ildə 0,88 milyon barrelə düşdüyünü bildirib. 2025-ci ilin sentyabr-oktyabr dövründə təxminən 1 milyon barrel səviyyəsində olan istehsalın, 2025-ci ilin noyabrında sanksiyalar və ABŞ ilə gərginliklər səbəbindən 0,86 milyon barrelə gerilədiyi qeyd edilib. Ölkənin neft ixracının da gündəlik 0,67 milyon barrelə endiyi bildirilib.
Venesuelada üzən anbarlarda və quru anbarlarda saxlanılan xam neftin satışa çıxarılması və sanksiyaların ləğv edilməsinin qısa müddətdə istehsalı gündəlik təxminən 1 milyon barrel səviyyəsinə çıxara biləcəyi qeyd olunub. Lakin bu artımın qlobal bazarlara əhəmiyyətli təsir etməsinin gözlənilmədiyi vurğulanıb. Açıqlamada Venesuelanın neft istehsalının 2010-cu il səviyyəsinə geri dönməsinin ciddi çətinliklər daşıdığı qeyd olunub.
İran neft ixracını Çin və Hindistana yönləndirib
Təşkilat İranın qlobal bazarda Venesuela müqayisədə daha böyük tədarükçü olduğunu qeyd edərək ölkənin gündəlik neft istehsalının 3,5 milyon barrel, ixracının isə 2 milyon barrel civarında olduğunu bildirib.
ABŞ-ın 2025-ci ilin noyabrında İranın ticarət və dənizçilik şirkətlərinə qarşı sanksiya açıqlamasına baxmayaraq, İranın neft təklifinin ümumilikdə sabit qaldığı da qeyd edilib.
Açıqlamada, “İranın istehsalında ciddi kəsintilər qiymətləri yuxarı qaldıra bilər, lakin qlobal təklif artığı səbəbindən təsirin yenə də məhdud qalacağı gözlənilir” qiymətləndirməsinə yer verilib. Həmçinin Rusiyanın neft istehsalının da gündəlik təxminən 9,3 milyon barrel səviyyəsində sabit qaldığı bildirilib. İran neft ixracının böyük hissəsini Çin və Hindistana yönəltdiyi qeyd olunub.
ABŞ və Böyük Britaniyanın Rusiyanın neft şirkətləri Lukoil və Rosneftə qarşı son sanksiyalarının, bu şirkətlərin Rusiya neft ixracının təxminən 50 faizini təşkil etməsi səbəbindən ixracı azalda biləcəyi qeyd edilib. Açıqlamada “Rusiya-Ukrayna sülh müqaviləsi və sanksiyaların ləğvi qısa müddətdə Rusiyanın həcmlərinə məhdud təsir edəcək olsa da, təklif artığı olan bazarda qiymət dalğalanmalarını daha da artıra bilər” ifadəsi yer alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
4 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
5 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda

























