Dəmir filizinin qiyməti 7 həftədən sonra 100 dolları aşıb
Dəmir filizinin qiyməti investorların qısa mövqelərini bağlaması vəə polad zavodlarının dəmir filizi alaraq ehtiyatlarını artıracağı gözləntiləri fonunda yeddi həftədən sonra ilk dəfə ton üçün 100 dolları keçib.Dəmir filizinin qiyməti investorların qısa mövqelərini (short positions) bağlaması fonunda yeddi həftədən sonra ilk dəfə ton üçün 100 dollar səviyyəsini keçib.
Marja xəbər verir ki, Çində bayram ərəfəsində metallurgiya zavodlarının dəmir filizi alaraq ehtiyatlarını artıracağı gözləntiləri və yüksək fraxt xərcləri də qiymətlərin yüksəlməsinə dəstək verib.
Polad istehsalında istifadə olunan dəmir filizi üzrə fyuçers müqavilələrinin qiyməti Sinqapurda 1,6%-dək artaraq ton üçün 101,10 dollara çatıb. Bu, iyulun 2-dən bəri qeydə alınan ən yüksək gündaxili səviyyədir.
Yuanla ifadə olunan fyuçers müqavilələrinin qiyməti də 1,8%-dək yüksəlib.
S&P Global Energy-nin quru yük daşımaları və əmtəə araşdırmaları üzrə rəhbəri Pranay Şukla bildirib ki, qiymətlərdəki hərəkət əsasən investorların qısa mövqelərini bağlaması ilə əlaqədardır.
Fundamental göstəricilər də dəmir filizinin qiymətini dəstəkləyir.
Çində polad zavodlarının oktyabrda keçiriləcək Milli Gün bayramı ərəfəsində dəmir filizi ehtiyatlarını artıracağı (alışlar edəcəyi) ilə bağlı gözləntilər güclənir. Eyni zamanda, sentyabrda tikinti fəaliyyətində mövsümi canlanmanın baş verəcəyi ilə bağlı nikbinlik artır.
Qeyd edək ki, qısa mövqedə olan investor qiymətin düşəcəyinə mərc edir. Sonra bu mövqeni bağlamaq üçün bazarda həmin fyuçersi geri almalı olur. Alışlar artdığı üçün qiymət də yuxarı gedə bilər.
Məsələn:
- İnvestor dəmir filizi fyuçersini 95 dollardan short edir.
- Qiymət 98–99 dollara qalxmağa başlayır.
- Zərərin böyüməsindən qorxaraq "short" mövqeyini bağlayır.
- Bunun üçün müqaviləni alır.
Çoxlu investor eyni vaxtda bunu edərsə, əlavə alış dalğası yaranır və qiymət qalxa bilər. Buna bazar dilində "short covering" deyilir. Əgər investorlar uzun mövqelərini (long positions) bağlasaydılar, onda əksinə, satış etməli olardılar və bu, qiymətə aşağı istiqamətdə təzyiq göstərə bilərdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
8 saat əvvəl
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər
-
- 8 saat əvvəl
-
12 saat əvvəl
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
13 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
14 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub























