Pambıqçılıqda yeni dövr: John Deere-in güclü kombaynı Azərbaycanda - FOTOLAR
John Deere-in yeni nəsil pambıqyığan kombaynları təqdim olunub.John Deere-in Azərbaycandakı yeganə rəsmi dileri olan “Agromotors Azərbaycan” şirkətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) John Deere brendinin yeni nəsil pambıqyığan kombaynlarının təqdimat mərasimi keçirilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, John Deere-in geniş tərkibli nümayəndə heyəti, pambıqçılıq sahəsində fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri, fermerlər, eləcə də universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Tədbirin açılışında çıxış edən “Agromotors Azərbaycan” şirkətinin direktoru Sərxan Əliyev şirkətin fəaliyyəti, John Deere ilə Azərbaycan dövləti arasında aparılan yüksək səviyyəli danışıqlar, mövcud və perspektiv tərəfdaşlıq imkanları, həmçinin John Deere-in Azərbaycanın təhsil müəssisələri ilə əməkdaşlıq təşəbbüsləri barədə məlumat verib.
Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli çıxışında ölkənin aqrar sektorunda həyata keçirilən texniki və texnoloji yenilənmələrdən, Dövlət Proqramında müəyyən edilmiş hədəflərdən danışıb. O, istehsalın səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli aqrar sektorun formalaşdırılması istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
“John Deere Walldorf” şirkətinin vitse-prezidenti Peter Zakse John Deere ilə Azərbaycan arasındakı əməkdaşlığın tarixindən və şirkətin qlobal kənd təsərrüfatının inkişafına verdiyi töhfələrdən bəhs edib. O, həmçinin John Deere-in müasir texnologiyaları, rəqəmsallaşma imkanları və dəqiq əkinçilik həlləri haqqında danışıb.
ADAU-nun rektoru Zəfər Qurbanov çıxışında müasir kənd təsərrüfatının tələblərinə cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasının, elmi-tədqiqat fəaliyyətinin istehsalatla əlaqələndirilməsinin və innovativ yanaşmaların tədris prosesinə inteqrasiyasının universitetin əsas prioritetləri sırasında olduğunu bildirib.
Daha sonra iştirakçılar “John Deere CP570” pambıqyığan kombaynına əyani baxış keçirərək texnikanın quruluşu və əsas funksiyaları ilə tanış olublar. Şirkətin nümayəndələri kombaynın texniki xüsusiyyətləri, iş prinsipi, üstünlükləri və tətbiq imkanları barədə ətraflı məlumat veriblər.
Tədbirin sonunda ADAU ilə “Agromotors Azərbaycan” arasında təhsil sahəsində əməkdaşlıq, tələbələrin praktiki hazırlığının gücləndirilməsi, müasir kənd təsərrüfatı texnologiyalarının tədris prosesinə inteqrasiyası və gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
"John Deere" Azərbaycanda eksklüziv dileri “Agromotors Azərbaycan” MMC
Ünvan: Bakı şəh. Qaradağ ray., Lökbatan qəs. Xocasən yolu 158
Telefonlar: (+994-51) 244-99-88, (+994-12) 445-60-80
Elektron poçt: [email protected]
Veb-sayt: agromotors.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
12 d. əvvəl
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər
-
- 53 d. əvvəl
-
4 saat əvvəl
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
5 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
6 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Ən çox oxunanlar
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub























