600 kiloqram və daha ağır iribuynuzlu heyvanlara subsidiya veriləcək
Heyvanların yüksək çəkidə kəsimi təşviq ediləcək, dəri və yuna məhsul subsidiyası veriləcək. İribuynuzlu heyvanlara hər kiloqram diri çəkiyə görə 40 qəpik subsidiya. Buzovlara görə 250 manatadək subsidiya veriləcək. Dəri və yuna da subsidiya veriləcək.Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib.
Marja.az xəbər verir ki, İntensiv kökəltmə təsərrüfatlarının inkişafı və heyvanların daha yüksək çəkidə kəsiminin təşviqi məqsədilə diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə hər kq diri çəki üzrə 0,40 manat məhsul subsidiyası veriləcək. Subsidiyanın tətbiqi üçün EKTİS-də bəyan, heyvanın ölkədə doğulması və ya ən azı 6 ay ölkə daxilində kökəldilməsi, identifikasiyası və sığortası, eləcə də qeydiyyatda olan kəsimxanada kəsilməsi tələb olunacaq.
Dəri və yun xammalının emala cəlb edilməsinin təşviqi məqsədilə emal müəssisələrinə təhvil verilmiş iribuynuzlu heyvan dərisinə 3 manat/ədəd, xırdabuynuzlu heyvan dərisinə 0,30 manat/ədəd, yuna isə 0,30 manat/kq məhsul subsidiyası tətbiq ediləcək.
SÜNİ MAYALANMA SUBSİDİYASI YENİ QAYDADA HESABLANACAQ
Heyvanların genetik potensialının yüksəldilməsi məqsədilə mövcud süni mayalanma subsidiyası diferensiallaşdırılacaq. Yerli cins heyvanların süni mayalanmasından alınan birinci nəsil buzovlara 75 manat, ikinci və sonrakı nəsillərə 150 manat, yerli damazlıq təsərrüfatların yüksək məhsuldar cins heyvanlarından alınan buzovlara 50 manat, embrion köçürmə nəticəsində alınan buzovlara isə 250 manat subsidiya veriləcək.
Subsidiya şurasının qərarı ilə tətbiq edilən yeni dövlət dəstəkləri Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilən hədəflərə uyğun olaraq müasir suvarmanın genişləndirilməsinə, yüksək dəyərli məhsulların istehsalına, emal sənayesinin yerli xammalla təminatına, ixrac imkanlarının artırılmasına, kənd təsərrüfatında rəqabətqabiliyyətliliyin yüksəldilməsinə və balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsinə xidmət edəcək.
Müştərilərin xəbərləri
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar ®
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 saat əvvəl
“Hörmüzə daxil olan tanker vuruldu — İki dənizçi yaralandı, sığorta riski yenidən yüksəldi”
-
-
3 saat əvvəl
Azərbaycanın Gürcüstandan avtomobil idxalı 18%-ə yaxın azalıb
-
3 saat əvvəl
Nazirlər Kabineti məktəbli formalarına dair dəyişiklikləri təsdiqləyib
-
3 saat əvvəl
Zelenski: ABŞ-la dialoq aparılır, sülhə yaxınlaşmaq üçün təkliflər var
-
3 saat əvvəl
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
AZAL Mərkəzi Asiyada şəbəkəsini genişləndirib – həftədə 47 reys
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
"Monetri" BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
ADY Hamburq Limanı ilə mühüm razılaşma imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Novo Nordisk “Novo” adı ilə yeni mərhələyə başlayır ®
“AzerGold”a yeni sədr müavini təyin olunub
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Ukraynanın buğda ixracı çöküb – 44%-lik geriləmə
























