970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

AZAL Mərkəzi Asiyada şəbəkəsini genişləndirib – həftədə 47 reys

00 min sərnişin, 35% artım – AZAL-ın Mərkəzi Asiya marşrutları böyüyür. AZAL Mərkəzi Asiyada 10 şəhərə uçur.
AzVak-mobil_resmin_ustu_31
AZAL Mərkəzi Asiyada şəbəkəsini genişləndirib – həftədə 47 reys
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkənin Mərkəzi Asiya ilə əlaqələrinin strateji əhəmiyyətinin daha da artdığı bir dövrdə, Azərbaycan Hava Yolları son aylarda regiondakı marşrut şəbəkəsinə Şımkent, Atırau və Aktöbə istiqamətlərini əlavə edərək Mərkəzi Asiyada uçuş coğrafiyasını 10 istiqamətə çatdırıb.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin yaydığı məlumata görə, dörd ölkəni əhatə edən bu şəbəkə üzrə həftədə ümumilikdə 47 reys yerinə yetirilir. 2026-cı ildə bu istiqamətlər üzrə 400 000-ə yaxın sərnişin daşınıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35% artım deməkdir.

Reklam_3_11

Qazaxıstan hazırda Azərbaycan Hava Yollarının regionda ən geniş uçuş coğrafiyasına malik olduğu ölkədir: Almatı, Astana və Aktau gündəlik, Atırau həftədə dörd, Şımkent və Aktöbə isə həftədə üç dəfə uçuşlarla əhatə olunur - ölkə üzrə həftəlik ümumi rəqəm 31 reysə çatır. Altı şəhərə birbaşa hava əlaqəsi işgüzar səfərlər, ailə ziyarətləri və turizm məqsədli səyahətlər üçün çevik seçim yaradır. Özbəkistanda isə Daşkəndə gündəlik, Səmərqəndə həftədə iki dəfə həyata keçirilən reyslərlə həftəlik 9 uçuş təmin olunur, Qırğızıstanın paytaxtı Bişkek və Tacikistanın paytaxtı Düşənbə isə hər biri həftədə 4 reyslə şəbəkəni tamamlayır.

Mərkəzi Asiya marşrutları təkcə Bakıya səyahət edənlər üçün deyil, Bakı üzərindən digər beynəlxalq istiqamətlərə keçid edən sərnişinlər üçün də əhəmiyyətlidir. 2026-cı ildə bu marşrutlarda Bakı üzərindən tranzit keçən sərnişinlərin sayı 58 734 nəfər olub, bu da Bakı hava qovşağının Mərkəzi Asiya ilə Avropa/digər istiqamətlər arasında körpü rolunu gücləndirir.

AZAL Azərbaycan Hava Yolları Azerbaijan Airlines Mərkəzi Asiya AZAL Mərkəzi Asiya Qazaxıstan Özbəkistan Qırğızıstan Tacikistan Almatı Astana Aktau Atırau Şımkent Aktöbə Daşkənd Səmərqənd Bişkek Düşənbə Bakı hava qovşağı Bakı tranzit tranzit sərnişinlər 47 reys 10 istiqamət 400 min sərnişin 35 faiz artım 58 734 tranzit sərnişin AZAL reysləri Mərkəzi Asiya uçuşları beynəlxalq uçuşlar Bakıdan uçuşlar aviasiya sərnişin daşımaları AZAL Miles Uzum Bank HUMO Uzcard
21.09.2026 17:45
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19