Neft Yaxın Şərqdə gərginliyin artması ilə 100 dollara yaxınlaşır
Yaxın Şərqdə hücumların yenidən başlamasının tədarükün azalacağı ilə bağlı narahatlıqları gücləndirməsi fonunda neft çərşənbə günü bahalaşıb.Yaxın Şərqdə hücumların yenidən başlamasının tədarükün azalacağı ilə bağlı narahatlıqları artırması nəticəsində neft çərşənbə günü ardıcıl dördüncü sessiyada bahalaşıb. Marja.az xəbər verir ki, erkən ticarətdə qiymətlər 1 dollardan çox yüksəlib.
“Brent” markalı xam neftin fyuçersləri 1,5% bahalaşaraq bir barel üçün 99,35 dollara, ABŞ-ın WTI markalı xam nefti isə 1,4% artaraq 94,34 dollara çatıb.
Altı aydır davam edən müharibədə davamlı həllin əldə olunacağına dair ümidlərin azalması və qarşıdurmanın yenidən alovlanması fonunda “Brent” neftinin qiyməti avqustun əvvəlindən bəri təxminən 25% yüksəlib. Bununla da qiymət kritik hesab edilən 100 dollar/barel həddinə sürətlə yaxınlaşır.
Yaxın Şərqdə müharibə çərşənbə axşamı daha da şiddətlənib. İranın dəstəklədiyi Yəməndəki husilər Səudiyyə Ərəbistanının bir sıra şəhərlərinə hücumlar həyata keçirərək ABŞ-ın regiondakı müttəfiqlərindən biri olan Səudiyyə Ərəbistanını münaqişəyə daha çox cəlb ediblər.
ABŞ qüvvələri bir sıra İran neft tankerlərini vurub, İran isə İordaniyadakı ABŞ bazasını hədəfə alıb.
ING analitikləri bildiriblər ki, “Son hadisələr sülh danışıqlarının yenidən başlanmasından hələ də xeyli uzaqda olduğumuz barədə fikri gücləndirir. Bu müddətdə bazarın əhəmiyyətli risk mükafatını qiymətlərə daxil etməyə davam edəcəyi ehtimal olunur”.
Son hücumlar Yaxın Şərqdən neft tədarükündə mövcud fasilələrin daha da dərinləşməsi riskini artırır. Regionun enerji infrastrukturuna və mühüm dəniz nəqliyyatı marşrutlarına hücumlar səbəbindən neft tədarükü artıq təzyiq altındadır.
Analitiklərin sözlərinə görə, Səudiyyə Ərəbistanı ixracının bir hissəsini Hörmüz boğazından kənar marşrutlara yönəldib. Lakin krallığa hücumlar uzun müddət davam edərsə, xam neftin qlobal bazarlara fasiləsiz çatdırılması üçün göstərilən səylər daha da mürəkkəbləşə bilər.
OCBC analitikləri isə bildiriblər ki, “İranın Səudiyyə Ərəbistanındakı enerji obyektlərinə hücumları və bunun ardınca beş İran tankerinin məhv edilməsi neft tədarükündə yeni və uzunmüddətli fasilənin yarana biləcəyinə dair narahatlıqları artırıb”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
8 saat əvvəl
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər
-
- 8 saat əvvəl
-
12 saat əvvəl
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
13 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
14 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























