970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan büdcəsində 3,7 milyard manat artıqlıq yaranıb

8 ayda büdcəyə 26,5 milyard manat daxil olub – Gəlirlər proqnozdan 780,2 milyon manat yüksəkdir. 8 ayda büdcəyə 26,5 milyard manat daxil olub – Xərclər 22,8 milyard manatdır.
AzVak-mobil_resmin_ustu_31
Azərbaycan büdcəsində 3,7 milyard manat artıqlıq yaranıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

"2026-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 864 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib".

Bu, Maliyə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, cari ilin yanvar-avqust ayları ərzində dövlət büdcəsinin gəlirləri 26 milyard 486,5 milyon manat təşkil edib ki, bu da proqnozu 780,2 milyon manat və ya 3 faiz üstələyib.

Vergi daxilolmaları planı 900 milyon manat üstələyib

Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 12 milyard 619,1 milyon manat təşkil edərək proqnozdan 900,1 milyon manat və ya 7.7 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 37,7 milyon manat təşkil edərək proqnozdan 7,3 milyon manat və ya 23.8 faiz, sair daxilolmalar 462,5 milyon manat təşkil edərək proqnozdan 77,1 milyon manat və ya 20 faiz çox, Dövlət Neft Fondundan transfert isə 8 milyard 559,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 milyard 326,9 milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə  481,3 milyon manat icra olunub.

Yanvar-avqust ayları ərzində dövlət büdcəsinin xərcləri 22 milyard 770,6 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 462,5 milyon manat və ya 2.1 faiz çoxdur.

2026-cı ilin yanvar-avqust ayları ərzində dövlət becəsinin profisiti (artıqlıq) 3 milyard 715,9 milyon manat olub.

2026-cı ilin yanvar-avqust ayları ərzində icmal büdcənin gəlirləri 32 milyard 799,6 milyon manat, xərcləri  isə 26 milyard 967,5 milyon manat məbləğində icra edilib.

İş elanları AzVak.az-da

09.09.2026 15:08
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19