"Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür"
Qlobal neft bazarı yeni təklif şoku ilə üzləşərsə, qiymətləri 180–200 dollar/barel səviyyəsinə yüksəlməsi artıq yalnız nəzəri ssenari deyil. Geosiyasi risklər, strateji ehtiyatların azalması və məhdud hasilat imkanları bazarın həssaslığını artırır.
Hörmüz boğazı əsas risk olaraq qalır. ABŞ–İran konfliktin davam etməsi neft bazarı üçün ən böyük risklərdən biridir. Hörmüz boğazından müharibədən əvvəl gündə təxminən 20 milyon barrel neft və neft məhsulu keçirdi ki, bu da qlobal neft tədarükünün təxminən beşdə birinə bərabərdir.
Boğazda uzunmüddətli məhdudiyyət yaranarsa, Körfəz ölkələrinin neft ixracının əhəmiyyətli hissəsi risk altında qala bilər. Alternativ boru kəmərləri mövcud olsa da, onların gücü Hörmüzdən keçən bütün həcmi əvəz etmək üçün kifayət etmir.
Hörmüzə parallel Bab əl-Məndəb boğazı da riskdədir. Qırmızı dənizdə təhlükəsizlik vəziyyətinin pisləşməsi Avropa və Asiya arasındakı enerji daşımalarının marşrutunu uzadaraq həm logistika, həm də sığorta xərclərini artıra bilər.
Strateji ehtiyatlar əvvəlki təhlükəsizlik səviyyəsində deyil. Son enerji böhranları zamanı ABŞ və digər ölkələr strateji neft ehtiyatlarından istifadə etdilər. ABŞ-ın Strategic Petroleum Reserve ehtiyatı əvvəlki illərin səviyyəsindən xeyli aşağıdır. Bu, yeni təklif şoku zamanı hökumətlərin bazara müdaxilə imkanlarını məhdudlaşdırır. Strateji ehtiyatlar qiymət artımını müvəqqəti yumşalda bilər, lakin uzunmüddətli fiziki neft çatışmazlığını kompensasiya edə bilməz.
Rusiya və Venesuela: əlavə təklif nə qədər sürətli gələ bilər? Rusiya neftinin qlobal bazara çıxışına dair sanksiya siyasətində hər hansı sərtləşmə bazarda əlavə təklif itkisi yarada bilər. Digər tərəfdən, Venesuela böyük neft ehtiyatlarına malik olsa da, hasilatın sürətlə artırılması üçün milyardlarla dollar investisiya və illərlə davam edəcək texniki bərpa tələb olunur. Bu səbəbdən Venesuela uzunmüddətli perspektivdə bazara əlavə neft verə bilər, lakin qısamüddətli təklif şokunu kompensasiya etmək imkanları məhduddur.
OPEC+ və dollar faktoru. Neft bazarının digər zəif nöqtəsi OPEC+ ölkələrinin real “boş hasilat gücü”dür. Qlobal tədarükdə bir neçə milyon barrel/günlük itki yaranarsa, həmin həcmin qısa müddətdə əvəzlənməsi çətin ola bilər.
Neft gəlirləri azalan ölkələr (körfəz ölkələri) artıq amerika dövlət istiqrazların alışlarını dayandıracaq və əlindəkiləri də satacaq. Nəticədə dollar daha da zəifləyəcək və neft qiymətlərinə əlavə dəstək verə bilər. Körfəz ölkələri toplam ~300 milyard dollar ABŞ istiqrazlarına sahibdirlər. Digər ölkələr də (məs., Yaponiya, Çin) yaranmış çətin vəziyyətdə öz iqtisadiyyatlarını dəstəkləmək üçün ABŞ istiqrazlarını satacaqlar. Və bu dolları daha da ucuzlaşdıracaq.
200 dollar mümkündürmü? Neftin 180–200 dollar/barel səviyyəsinə çatması üçün bir neçə riskin eyni vaxtda reallaşması lazım olacaq: Hörmüzdə uzunmüddətli məhdudiyyət, ABŞ–İran konfliktin genişlənməsi, strateji ehtiyatların uzunmüddətli zəif qalması, Rusiya neftinə sanksiyaların qalması və Venesuela neft sənayesinə yatırımların gecikməsi və OPEC+-un yaranan kəsiri kompensasiya edə bilməməsi. Belə bir ssenaridə neft bazarında qiymət reaksiyası kəskin ola bilər.
Bu baxımdan enerji sektorunda Chevron ($CVX), Exxon Mobil ($XOM), Occidental Petroleum ($OXY), Devon Energy ($DVN), $BP və Equinor ($EQNR) kimi şirkətlər investorların diqqətində qala bilər. Lakin neft qiymətinin yüksəlməsi bu səhmlərin avtomatik olaraq eyni nisbətdə bahalaşacağı anlamına gəlmir; hasilat maya dəyəri, borclanma, kapital xərcləri və dividend siyasəti də mühüm rol oynayır.
Nəticə etibarilə, 200 dollar/barel hazırda baza ssenarisi deyil. Lakin geosiyasi təklif şoku dərinləşərsə, bu səviyyə neft bazarı üçün real “tail-risk” ssenarisinə çevrilə bilər.
Müəllif: Vüqar Əsədov, "Unimetal" MMC-nin İnvestisiya Direktoru, Həmtəsisçi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
- 3 d. əvvəl
-
-
9 d. əvvəl
Starbucks müştəriləri geri qaytarmaq üçün 1 milyard dollar xərcləyəcək
- 27 d. əvvəl
-
34 d. əvvəl
Qızıl ABŞ inflyasiya məlumatları ərəfəsində bahalaşıb — Qiymət 4 400 dolları keçib
- 56 d. əvvəl
-
1 saat əvvəl
Dünyanın ən yüksək maaş alan liderinin maaşı 64% artırılır — İldə 3,6 milyon
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
9 saat əvvəl
Yeni iPhone-ların təqdimatından sonra Apple səhmləri necə reaksiya verdi?
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Rəsmi məzənnələr açıqlandı
Brent neftinin qiyməti 100 dolların üzərində qalır
Tramp İranla müharibənin bitəcəyi tarixi açıqladı
iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?
Ən çox oxunanlar
Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi
Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
“Baku Steel Company” açıq TENDER elan edir
"Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür"
"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi
























