Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazanıb
Şirkətin layihələri iki nüfuzlu beynəlxalq innovasiya tədbirində yüksək nəticələr əldə edibAzercell-in texnoloji həlləri ABŞ-də keçirilən “Silicon Valley International Invention Festival” (SVIIF 2026) və Çinin Quançjou şəhərində baş tutan “International Exhibition of Inventions” (IEI 2026) sərgilərində bir sıra mükafatlara layiq görülüb.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də bir sıra universitetin dəstəyi ilə nümayəndə heyətimizin qatıldığı SVIIF 2026 və IEI 2026 tədbirləri dünyanın müxtəlif ölkələrindən yüzlərlə innovator və ixtiraçını bir araya gətirib. Belə ki, SVIIF 2026-da 30-dan çox ölkədən 500-dən artıq innovator iştirak edib, IEI 2026 sərgisində isə 29 ölkədən 3 700-dən çox ixtira nümayiş etdirilib.
Azercell-in tədbirlərdə təqdim etdiyi milli həllər telekommunikasiya infrastrukturunun dayanıqlılığının gücləndirilməsi və fövqəladə hallar zamanı etibarlı rabitənin təmin olunması istiqamətində Böhran İdarəetmə Qrupunun (BİQ) fəaliyyəti çərçivəsində hazırlanıb. Şirkətin layihələri qızıl, gümüş və bürünc medallarla yanaşı, xüsusi “Semi-Grand Prix” mükafatı qazanıb.
Ən yüksək nəticə göstərən layihələrdən biri insanların daxil olması çətin və ya təhlükəli olan ərazilərdə axtarış-xilasetmə əməliyyatlarına dəstək üçün hazırlanmış “M.R.S. – Mercy Rescue Snake” olub. Layihə Silikon Vadisində qızıl medal və “Semi-Grand Prix”, Quançjouda isə gümüş medal qazanıb.
Daha iki layihə SVIIF 2026-da qızıl medala layiq görülüb. “S.O.N.I.A.” avtonom dron sistemi müxtəlif xilasetmə vasitələrinin vahid platformaya inteqrasiya olunaraq idarə edilməsinə imkan verir. “Cyclowareness” layihəsi isə rəqəmsal təhlükəsizlik və kibertəhlükəsizlik üzrə maarifləndirmənin gücləndirilməsinə yönəlib.
Böhran anlarında telekommunikasiya xidmətlərinin sürətli bərpası və fasiləsizliyinin təmin edilməsi üçün hazırlanmış “Azercell Network Drone Complex” Quançjouda qızıl, Silikon Vadisində isə bürünc medal qazanıb. Texnologiya əsaslı monitorinq və operativ reaksiya vasitəsilə təhlükəsizliyin artırılmasına yönəlmiş “AzercellSafe Environment” həlli isə hər iki tədbirdə gümüş medala layiq görülüb.
Azercell-in Təhlükəsizlik Departamentinin əməkdaşı Səfərəli Səfərli hər iki beynəlxalq tədbirdə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib. Mükafatlandırılan layihələr Azercell-in süni intellekt, robototexnika, avtonom texnologiyalar və kibertəhlükəsizlik sahəsində hazırladığı həllərin böhran anlarında operativ reaksiya və dayanıqlı rabitənin təmin edilməsində praktiki tətbiqini nümayiş etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
- 8 saat əvvəl
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Ölmüş heyvanların utilizasiyası üçün xüsusi müəssisələr yaradıla bilər
-
10 saat əvvəl
Qida məhsulları istehsaldan istehlakçıya qədər elektron izlənəcək
-
10 saat əvvəl
Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub
-
10 saat əvvəl
Biznesə göstərilən dövlət xidmətlərinin bir hissəsi özəl sektora veriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Apteklərdə “Bu dərman deyil” xəbərdarlıq lövhələri yerləşdiriləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Çinin tikinti nəhəngi “Sea Breeze” ilə əl sıxdı
"AccessBank" PaloAlto Firewall 2026 tenderi elan edir
Ən çox oxunanlar
“KollektA” şirkətinin səhmlərinə abunə yazılışı başlayır
Huawei Azərbaycanda regional rəqəmsal mərkəz yarada bilər
Apteklərdə “Bu dərman deyil” xəbərdarlıq lövhələri yerləşdiriləcək
Azərbaycanda əhalinin nə yediyinə dair məlumat bazası yaradılacaq
Azərbaycanda dietoloqlar qeydiyyata alınacaq - nəzarət gücləndirilir
Azərbaycan yumurtası üçün yeni ixrac bazarları açılacaq


























