970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycanda inhisarçılığa qarşı yeni plan təsdiqləndi

Prezident rəqabətin inkişafı ilə bağlı 3 illik ( 2027–2029-cu illər) planı təsdiqlədi.
AzVak-mobil_resmin_ustu_31
Azərbaycanda inhisarçılığa qarşı yeni plan təsdiqləndi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyev “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Marja xəbər verir ki, Milli Fəaliyyət Planının əsas məqsədi Azərbaycanda azad rəqabət mühitinin gücləndirilməsi, inhisarçılıq fəaliyyətinin qarşısının alınması, biznes və investisiya imkanlarının genişləndirilməsi, eləcə də milli iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsidir.

Sərəncama əsasən, Nazirlər Kabineti sənəddən irəli gələn məsələləri həll etməlidir.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirmək tapşırılıb.

Agentlik həmçinin tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat təqdim edəcək.

Milli Fəaliyyət Planının icrasının monitorinqi və qiymətləndirilməsi isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

Sənəd 2027–2029-cu illəri əhatə edir və rəqabət mühitinin yaxşılaşdırılması ilə yanaşı, biznes və investisiya fəaliyyətində daha əlverişli şərtlərin yaradılmasını hədəfləyir.

Plan ilə ətraflı buradan tanış ola bilərsiniz.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

rəqabət inhisarçılıq Milli Fəaliyyət Planı İlham Əliyev Prezident Sərəncamı Antiinhisar Agentliyi azad rəqabət biznes mühiti investisiya mühiti sahibkarlıq 2027–2029 rəqabətin inkişafı inhisarçılıq fəaliyyəti Nazirlər Kabineti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan iqtisadiyyatı bazar rəqabəti investisiyalar
11.09.2026 18:11
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19