Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

PAKDAD şəhid və qazi övladlarına çanta və məktəb ləvazimatları hədiyyə etdi

PAKDAD yeni tədris ili ərəfəsində şəhid və qazi övladlarını sevindirdi.
iç səhifə xəbər başlığı altı (mobil)_31
PAKDAD şəhid və qazi övladlarına çanta və məktəb ləvazimatları hədiyyə etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın tanınmış yerli brendlərindən olan PAKDAD yeni tədris ili ərəfəsində bir qrup şəhid və qazi övladı üçün tədbir təşkil edib.

Tədbirin əsas məqsədi Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək, onların övladlarına diqqət və qayğı göstərmək, eləcə də yeni tədris ili ərəfəsində uşaqlara xoş əhval-ruhiyyə bəxş etmək olub.

Tədbir çərçivəsində uşaqlar PAKDAD restoranında bir araya gələrək asudə vaxtlarını maraqlı və əyləncəli şəkildə keçiriblər. Onlar üçün müxtəlif ikramlar təşkil olunub, həmçinin yeni tədris ili münasibətilə hədiyyələr (çanta və məktəb ləvazimatları) təqdim edilib. Balacalar hədiyyələri böyük sevinc və məmnuniyyətlə qarşılayıblar.

Qeyd edək ki, sosial təşəbbüs PAKDAD ilə Dövlət Sosial Müdafiə Fondu arasında əldə olunmuş razılaşma çərçivəsində həyata keçirilən uzunmüddətli tərəfdaşlığın tərkib hissəsidir.

Tərəfdaşlığın əsas məqsədi şəhid və qazi övladlarına diqqət və qayğının göstərilməsi, onların yeni tədris ilinə hazırlığına dəstək verilməsi və təhsil prosesinə töhfə olmaqdır.

Tədbirdə iştirak edən şəhid və qazi ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

İş elanları AzVak.az-da

PAKDAD şəhid övladları qazi övladları yeni tədris ili məktəb çantası məktəb ləvazimatları DSMF Dövlət Sosial Müdafiə Fondu sosial layihə korporativ sosial məsuliyyət
14.09.2026 18:31
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar