970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzVak-mobil_resmin_ustu_31
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Xalq Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. 

Sənədi Xalq Bankın İdarə Heyətinin sədri – Baş icraçı direktoru Kamran Məcidov və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov imzalayıblar.

Əməkdaşlıq çərçivəsində enerji effektivliyinin artırılmasına yönəlmiş layihələrin maliyyələşdirilməsi, kredit şərtləri, vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət, kreditlərin geri qaytarılması, uçotunun aparılması və hesabatlılıqla bağlı məsələlər müəyyən edilmiş qaydada tənzimlənəcək.

Kamran Məcidov enerji effektivliyinin təşviqinin dayanıqlı inkişaf baxımından əhəmiyyətini qeyd edərək, imzalanan müqavilənin enerji səmərəliliyi layihələrinin həyata keçirilməsi üçün yeni imkanlar yaradacağını, həmçinin tərəflər arasında uzunmüddətli əməkdaşlığı dəstəkləyəcəyini bildirib.

Samir Axundov öz növbəsində Fondun vəsaitləri hesabına enerji effektivliyi layihələrinin maliyyələşdirilməsi istiqamətində banklarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, Xalq Bankla qurulan əməkdaşlığın bu istiqamətdə həyata keçiriləcək layihələrin uğurla dəstəklənməsinə töhfə verəcəyinə inandığını bildirib.

Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikası Prezidentinin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunması Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən həyata keçirilir.

İş elanları AzVak.az-da

Xalq Bank Enerji Məsələlərini Tənzimləmə Agentliyi EMTA Enerji Effektivliyi Fondu güzəştli kredit enerji effektivliyi enerji səmərəliliyi yaşıl maliyyə layihələrin maliyyələşdirilməsi Kamran Məcidov Samir Axundov enerji layihələri dayanıqlı inkişaf bank kreditləri müvəkkil kredit təşkilatı enerji sektoruna kredit Azərbaycan bankları enerji investisiyaları
15.09.2026 15:06
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19