Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Anglo Asian Mining” Azərbaycanda qızıl hasilatı proqnozunu endirib

AzVak-mobil_resmin_ustu_31
“Anglo Asian Mining” Azərbaycanda qızıl hasilatı proqnozunu endirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda qızıl, mis və gümüş hasilatı ilə məşğul olan “Anglo Asian Mining” (AAM) 2026-cı il üzrə qızıl hasilatı proqnozunu aşağı salıb.

Bu barədə şirkətə istinadən xəbər verilir.

Şirkət cari il üzrə qızıl hasilatı proqnozunu əvvəlki 28–33 min unsiyadan 26–30 min unsiyaya endirib.

Qızıl hasilatı üzrə proqnozun aşağı salınması “Gilar” yatağındakı filizdə qızıl tərkibli mineralların dəyişkənliyi və bunun nəticəsində ilin ilk yarısında qızılın çıxarılma əmsalının gözləniləndən aşağı olması ilə izah edilir.

Bununla yanaşı, şirkət mis və gümüş hasilatı üzrə illik proqnozlarını dəyişməyib. 2026-cı ildə 20–25 min ton mis və 170–210 min unsiya gümüş hasilatı gözlənilir.

Eyni zamanda, mis istehsalı üzrə tam maya dəyəri (AISC) proqnozu əvvəlki 6 800–7 800 ABŞ dollarından 6 000–7 000 dollar/tona endirilib.

Qeyd edək ki, “Anglo Asian Mining” 2026-cı ilin ilk yarısında 8 840 ton mis hasil edib ki, bu da şirkətin yarımillik üzrə rekord göstəricisidir.

İş elanları AzVak.az-da

© APA

21.09.2026 11:15
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19