Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda mənzilin kvadratmetri bir ildə 11%-dən çox bahalaşıb

Ev almaq daha da çətinləşib – mənzillərin 1 kvadratmetrinin orta qiyməti 2 099 manata çatıb. Mənzil bazarında qiymət sıçrayışı – alıcılar daha kiçik evlərə keçir.
AzVak-mobil_resmin_ustu_31
Azərbaycanda mənzilin kvadratmetri bir ildə 11%-dən çox bahalaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda təkrar mənzil bazarında 1 kvadratmetrin orta satış qiyməti 2025-ci il ərzində nəzərəçarpacaq dərəcədə artıb.

Marja.az “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin təhlilinə istinadən xəbər verir ki, ilin I rübündə ölkə üzrə mənzillərin 1 kvadratmetrinin orta qiyməti 1 889 manat olduğu halda, IV rübdə bu göstərici 2 099 manata yüksəlib.

Reklam_3_11

Beləliklə, təkrar mənzil bazarında kvadratmetrin orta qiyməti il ərzində təxminən 11,2% artıb. Eyni dövrdə bir mənzilin orta satış qiyməti I rübdə 127 470 manatdan IV rübdə 132 015 manata yüksəlib.

Diqqətçəkən başqa məqam isə alıcıların daha kiçik mənzillərə yönəlməsidir. I rübdə satılan mənzillərin orta sahəsi 68 kvadratmetr olduğu halda, IV rübdə 63 kvadratmetrə düşüb. Bu, qiymətlər yüksəldikcə alıcıların büdcəyə uyğunlaşmaq üçün daha kiçik sahəli mənzillərə üstünlük verməsi ehtimalını artırır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

mənzil qiymətləri daşınmaz əmlak təkrar mənzil bazarı ev qiymətləri kvadratmetr qiyməti Azərbaycan mənzil bazarı 2025 mənzil qiymətləri
22.09.2026 11:46
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19