Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycan sığorta bazarında ödənişlər yığımlardan 4 dəfə sürətli artıb

AzVak-mobil_resmin_ustu_31
Azərbaycan sığorta bazarında ödənişlər yığımlardan 4 dəfə sürətli artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın sığorta bazarında 2026-cı ilin yanvar–avqust aylarında sığorta şirkətləri tərəfindən 1 milyard 115,4 milyon manat sığorta haqqı toplanıb.

Marja.az Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, 2025-ci ilin eyni dövründə sığorta yığımları 1 milyard 48,1 milyon manat təşkil etmişdi. Beləliklə, bazar üzrə yığımlar bir ildə 67,3 milyon manat və ya 6,4% artıb.

Reklam_3_11

Eyni zamanda, sığorta ödənişlərində daha kəskin artım qeydə alınıb. Ödənişlər 603,4 milyon manatdan 773,2 milyon manata yüksəlib. İllik artım 169,7 milyon manat və ya 28,1% təşkil edib.

Nəticədə bazar üzrə ödənişlərin yığımlara nisbəti 2025-ci ilin yanvar–avqustundakı 57,6%-dən 2026-cı ilin eyni dövründə 69,3%-ə yüksəlib.

Bazarın konsentrasiyası da yüksək olaraq qalır. “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” birlikdə bütün sığorta haqlarının 70,9%-ni, ödənişlərin isə 76,6%-ni formalaşdırıb.

2026-cı ilin ilk 8 ayında yığımların faizlə ən yüksək artımlarından biri “Meqa Həyat Sığorta”, “İpək Yolu Sığorta”, “Atəşgah” və “Aqrar Sığorta”da qeydə alınıb. Digər tərəfdən, “Qala Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Qala Həyat” və “AzSığorta”da yığımlar azalıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

24.09.2026 12:32
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19