İnvestorlar niyə Azərbaycanı seçir? Ölkəmizin yeni iqtisadi üstünlükləri
10 milyard 800 milyon dollarlıq layihələr: Azərbaycan investorları nə ilə cəlb edir? Neftdən data mərkəzlərinə: Azərbaycanın investisiya gündəliyi genişlənir İnvestorlar niyə Azərbaycanı seçir? Enerjidən süni intellektə uzanan imkanlar.Müəllif: "Auto Azerbaycan" MMC-nin İdarə Heyətinin Sədri Emil İsmayılov
Son illərdə Azərbaycanın ev sahibliyi etdiyi mühüm beynəlxalq tədbirlərin miqyası və məzmunu ölkənin regional və qlobal proseslərdə artan rolunu aydın göstərir. Bakı artıq müxtəlif istiqamətlər üzrə beynəlxalq dialoqun, əməkdaşlığın və iqtisadi müzakirələrin aparıldığı mühüm platformalardan birinə çevrilib. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da bu prosesin iqtisadi və investisiya istiqamətində mühüm davamı oldu.
25–26 sentyabrda keçirilən Forumun mövzusu bugünkü qlobal iqtisadi reallığı dəqiq ifadə edir: “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal əlaqəliliyin və investisiya sabitliyinin dayağı kimi”.
Cənab Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətində vurğulandığı kimi, qlobal iqtisadi münasibətlər dəyişir, təchizat zəncirləri yenidən formalaşır, yeni nəqliyyat, enerji və texnoloji əlaqələr yaranır. Belə şəraitdə sabitlik, etibarlı tərəfdaşlıq və əlaqəlilik investor üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir. Məhz bu kontekstdə Forumun Bakıda keçirilməsinin əhəmiyyətinə baxmaq lazımdır.
İnvestisiya gündəliyi artıq daha genişdir
Azərbaycan uzun illər beynəlxalq investorlar üçün mühüm enerji tərəfdaşı olub və enerji bu gün də ölkənin əsas strateji üstünlüklərindən biridir. Eyni zamanda aparılan iqtisadi islahatlar, qeyri-neft sektorunda əldə olunan nəticələr, nəqliyyat və logistika infrastrukturunun inkişafı, rəqəmsallaşma və bərpa olunan enerji layihələri Azərbaycanın iqtisadi profilini əhəmiyyətli dərəcədə genişləndirib.
Forum çərçivəsində keçirilən görüşdə cənab Prezident İlham Əliyev neft və qazın uzun müddət mühüm investisiya istiqaməti olaraq qalacağını, bununla yanaşı bərpa olunan enerji, nəqliyyat və logistika, süni intellekt və data mərkəzləri, mədənçilik, ərzaq təhlükəsizliyi və digər qeyri-neft sahələrinin də böyük potensiala malik olduğunu qeyd etdi. Burada xüsusilə mühüm olan məqam enerji, logistika və texnologiyanın artıq ayrı-ayrı istiqamətlər kimi deyil, bir-birini tamamlayan iqtisadi üstünlüklər kimi çıxış etməsidir. Əlavə enerji gücləri yalnız enerji ixracı üçün deyil, gələcəkdə data mərkəzlərinin və süni intellekt infrastrukturunun inkişafı üçün də baza yaradır. Eyni zamanda Orta Dəhliz, Bakı Limanı, dəmir yolu və avtomobil infrastrukturu Azərbaycanın coğrafi mövqeyini real iqtisadi üstünlüyə çevirib.
Forumun nəticəsi nə göstərdi?
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalandı. Burada bir məqamı dəqiq qeyd etmək vacibdir: 10,8 milyard dollar artıq ölkəyə daxil olmuş investisiya deyil, imzalanmış sənədlər çərçivəsində nəzərdə tutulan layihələrin ümumi dəyəridir. Layihələrin enerji ilə yanaşı süni intellekt, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə, tikinti və su təsərrüfatı kimi sahələri əhatə etməsi xüsusilə diqqətəlayiqdir. Bu göstəricinin əhəmiyyəti yalnız rəqəmdə deyil, əsas məsələ həmin investisiyaların yeni istehsal imkanları yaratması, texnologiya və təcrübə gətirməsi, yerli şirkətləri beynəlxalq təchizat zəncirlərinə qoşması və qeyri-neft ixracının genişlənməsinə töhfə verməsidir.
Dövlət başçısının da vurğuladığı kimi, xarici investisiya Azərbaycan üçün yalnız kapital mənbəyi deyil. Onunla birlikdə texnologiya, beynəlxalq təcrübə, innovasiya və yeni bazarlara çıxış imkanları da ölkəyə daxil olur.
Bəs niyə məhz Azərbaycan?
Bu suala iqtisadçı Michael Porterin ölkələrin rəqabət üstünlüyünü izah edən məşhur “Diamond” yanaşması prizmasından baxdıqda maraqlı mənzərə yaranır. Porterin yanaşmasının məntiqi sadədir: ölkənin rəqabət üstünlüyünü yalnız bir resurs yaratmır. İnfrastruktur, insan kapitalı, yerli biznes mühiti, dəstəkləyici sahələr, bazarın tələbləri və şirkətlərin rəqabət qabiliyyəti birlikdə işlədikdə daha güclü və davamlı üstünlük formalaşır. Azərbaycan nümunəsində də bu amillərin kombinasiyasını görmək mümkündür.
Birincisi, faktor üstünlükləri mövcuddur: enerji resursları, böyük bərpa olunan enerji potensialı, coğrafi mövqe, inkişaf etmiş nəqliyyat və logistika infrastrukturu və insan kapitalı.
İkincisi, əlaqəli və dəstəkləyici biznes infrastrukturu formalaşıb: bank, telekommunikasiya, logistika, İT, tikinti, xidmət və digər sektorlar xarici investorların yerli tərəfdaşlarla işləməsinə imkan verir.
Üçüncüsü, yerli biznes mühiti dəyişib: rəqəmsallaşma, məhsuldarlıq, müştəri təcrübəsi, korporativ idarəetmə və beynəlxalq standartların tətbiqi artıq Azərbaycan biznesinin mühüm inkişaf istiqamətləridir.
Dördüncüsü, dövlətin uzunmüddətli infrastruktur və iqtisadi siyasəti bu üstünlüklərin bir-birini tamamlamasına imkan yaradıb.
Buna Azərbaycanın Şərqlə Qərb və Şimalla Cənub arasında formalaşmış nəqliyyat və iqtisadi bağlantıları da əlavə olunur. Məhz buna görə Azərbaycanın investor üçün üstünlüyü artıq yalnız enerji ehtiyatları və ya əlverişli coğrafi mövqe ilə məhdudlaşmır. Əsas üstünlük bu amillərin vahid iqtisadi sistem daxilində bir-birini tamamlamasıdır.
Forumun əsas mesajı
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu göstərdi ki, Azərbaycanın qlobal investisiya xəritəsində mövqeyi təkcə malik olduğu resurslarla deyil, həmin resursların ətrafında formalaşdırdığı iqtisadi ekosistemlə müəyyən olunur. Enerji, logistika, qeyri-neft iqtisadiyyatı, rəqəmsal infrastruktur, insan kapitalı və regional əlaqələr bu gün bir-birini tamamlayan rəqabət üstünlükləridir. Forum çərçivəsində imzalanmış layihələr isə həmin üstünlüklərin beynəlxalq investorlar tərəfindən real biznes imkanları kimi qəbul olunduğunu göstərən mühüm nəticədir.
Bu baxımdan Forum yalnız yeni investisiya müqavilələrinin imzalandığı tədbir deyil, o cümlədən Azərbaycanın son illərdə formalaşdırdığı regional iqtisadi və investisiya mərkəzi mövqeyinin növbəti təsdiqidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 6 d. əvvəl
- 26 d. əvvəl
-
27 d. əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
33 d. əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 37 d. əvvəl
- 39 d. əvvəl
-
1 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
-
1 saat əvvəl
İnvestorlar niyə Azərbaycanı seçir? Ölkəmizin yeni iqtisadi üstünlükləri
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Rəsmi məzənnələr açıqlandı
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Ən çox oxunanlar
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama
Prezident: Azərbaycanda yeni neft-qaz bumu mümkündür
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir

























