970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Tikinti sektoruna verilən kreditləri kəskin artıb

Tikintiyə kreditlər 2,1 milyard manatı keçib – bir ildə 957 milyon manat artım. Artımın səbiəbi tikinti sektorunda dövlət müəssisələrinə verilmiş kreditlərin həcminin artmasıdır.
AzVak-mobil_resmin_ustu_31
Tikinti sektoruna verilən kreditləri kəskin artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda tikinti sektoruna verilən kreditlər sürətlə artıb.

Marja.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, 2026-cı ilin avqust ayının sonunda banklar və qeyri-bank təşkilatlarının inşaat və tikinti sektoruna kreditləri 2 milyard 619,7 milyon manata çatıb.

Reklam_3_11

İyulun sonunda göstərici 2 milyard 561,4 milyon manat idi. Bir ayda artım 58,3 milyon manat və ya 2,3% olub.

2025-ci ilin sonunda tikinti sektorunun kredit portfeli 1 milyard 866,1 milyon manat təşkil edib. Cəmi 8 ay ərzində artım 753,6 milyon manat və ya 40,4% təşkil edib.

İllik müqayisədə isə artım daha yüksəkdir. 2025-ci ilin avqustunda portfel 1 milyard 814,6 milyon manat idi. Bir ildə kreditlər 805,1 milyon manat və ya 44,4% artıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

31 avqust 2026-cı il tarixində inşaat və tikinti sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə banklar tərəfindən verilən kreditlər 2 milyard 122,7 milyon manata çatıb.

Marja.az Azərbaycan Mərkəzi Bankının “Statistik bülleten”inin 2026-cı ilin avqust buraxılışına istinadən xəbər verir ki, iyulla müqayisədə artım 60,1 milyon manat və ya 2,9% olub. 2025-ci ilin sonundan portfel 815,6 milyon manat və ya 62,4% böyüyüb.

2025-ci ilin avqustundakı 1 milyard 166 milyon manatla müqayisədə isə artım 956,7 milyon manat və ya 82% təşkil edib.  

Dövlət tikinti müəssisələrinə kreditlər 27 dəfə artıb

Tikinti sektorunda dövlət müəssisələrinə verilmiş kreditlərin həcm 31 avqust 2026-cı il tarixində 795 milyon manat təşkil edib. İyulla müqayisədə artım 58,8 milyon manat və ya 8%-dir. 2025-ci ilin sonundakı 26,6 milyon manatla müqayisədə portfel 768,4 milyon manat və ya 2 888,7% artıb.

Ötən ilin avqustundakı 29,1 milyon manatla müqayisədə artım 765,9 milyon manat və ya 2 632% təşkil edib.    

Özəl tikinti şirkətlərinin kreditləri 1,33 milyard manata çatıb

Özəl tikinti sektoruna kreditlər bir ildə 191 milyon manat artıb. 31 avqust 2026-cı il tarixində özəl tikinti müəssisələrinə kreditlər 1 milyard 327,7 milyon manat təşkil edib. İyulla müqayisədə artım 1,2 milyon manatla məhdudlaşıb. 2025-ci ilin sonundan portfel 47,3 milyon manat və ya 3,7% artıb. 2025-ci ilin avqustuna nəzərən isə artım 190,8 milyon manat və ya 16,8% olub.

 

Hər gün yeni vakansiyalar - AzVak.az-da

 

tikinti kreditləri inşaat sektoru bank kreditləri daşınmaz əmlak kredit portfeli Mərkəzi Bank
02.10.2026 15:45
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19