Vergilər sanksiya yazıb, geyim alacaq
Vergi sanksiyalarından əldə edilən vəsaitdən vergi orqanları işçilərinin geyimlərinin alınmasına istifadə ediləcək
Dövlət vergi orqanlarının işçilərinə geyim formalarının və fərqləndirmə nişanlarının alınmasında vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarından əldə edilən vəsaitlərdən istifadə ediləcək.
Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formasının və fərqləndirmə nişanlarının təchizat norması və istifadə müddətləri”nin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
İndiyə qədər dövlət vergi orqanlarının işçilərinə geyim formalarının və fərqləndirmə nişanlarının alınması Vergilər Nazirliyinin saxlanılması üçün büdcədə və vergi orqanlarının büdcədənkənar fondunda müvafiq xərc yarımmaddəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilib. Dəyişikliyə əsasən bundan sonra dövlət vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi geyim formalarının və fərqləndirmə nişanlarının alınması Vergilər Nazirliyinin saxlanılması üçün dövlət büdcəsində müvafiq xərc yarımmaddəsində nəzərdə tutulmuş vəsaitlər və vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarından əldə edilən vəsaitlər hesabına həyata keçiriləcək.
Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” qərarında etdiyi dəyişikliyə əsasən Vergilər Nazirliyinin Tədris Mərkəzinin maliyyə mənbələri sırasına da vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarından əldə edilən vəsaitlər daxil edilib. Vergilər Nazirliyinin Tədris Mərkəzi ixtisasartırma və yenidən hazırlama tədris müəssisəsi statuslu elm və təhsil ocağıdır.
Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi vergi orqanlarının hesablarına köçürülür. Bundan sonra həmin vəsaitlərdən Vergilər Nazirliyinin Tədris Mərkəzinin maliyyələşdirilməsi üçün də istifadə ediləcək.
© APA
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
- 13 d. əvvəl
-
55 d. əvvəl
İlon Mask 80 milyard dollar borcu olan media nəhənginə 1 milyard dollar yatırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
PepsiCo və Taco Bell əməkdaşlığı 2036-cı ilə qədər uzadıb - KFC isə Coca-Cola-ya keçir
-
1 saat əvvəl
Netflix-in xalis mənfəəti 44 faiz artaraq 3,66 milyard dollara çatıb
-
14 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Netflix-in xalis mənfəəti 44% artıb, lakin səhmləri 6% ucuzlaşıb – Şirkət reklam gəlirləri üzrə proqnozunu azaldıb
Tide və Pampers-in istehsalçısının gəlirləri artıb - satışları 23 milyard dolları keçib, səhmləri 5%-dən çox bahalaşıb
Ən çox oxunanlar
PepsiCo və Taco Bell əməkdaşlığı 2036-cı ilə qədər uzadıb - KFC isə Coca-Cola-ya keçir
Netflix-in xalis mənfəəti 44 faiz artaraq 3,66 milyard dollara çatıb
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib























