Azərbaycanda “Vadaa”ya pulunu etibar edənlər artır
"Vadaa" maskotu ilə tanınan "Worldcard"ı emissiya edən “Yapı Kredi Bank Azərbaycan” 2017-ci ilin 9 ayını 6 milyon 251 min manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank 2016-cı ilin 9 ayı üzrə 5 milyon 258 min manat zərər açıqlamışdı.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr ayları ərzində “Yapı Kredi Bank Azərbaycan”ın cəmi gəlirləri 43 milyon 384 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% azdır. Bank ötən ilin 9 ayında 46 milyon 434 min manat cəmi gəlir əldə etmişdi.
43 milyon 384 min manat gəlirə qarşı Bankın xərcləri 30 milyon 921 min manat təşkil edib. Nəticədə Bankın 12 milyon 463 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətindən 5 milyon 557 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb, 655 min manat mənfəət vergisi ödəyib. Beləliklə, “Yapı Kredi Bank Azərbaycan” cari ilin 9 ayını 6 milyon 251 min manat xalis mənfəətlə bağlayıb.
Qeyd edək ki, 2016-cı ilin 9 ayı ərzində “Yapı Kredi Bank Azərbaycan”ın əməliyyat mənfəəti təxminən 13 milyon manat təşkil etmiş, lakin Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 18 milyon 793 min manat ayırdığından 5 milyon 258 min manat zərər açıqlamışdı.
“Yapı Kredi Bank Azərbaycan” ehtiyatlara böyük ayırma etdiyinə görə, 2016-cı ili 10 milyon 328 min manat zərər ilə bağlamışdı. Bank, 2017-ci ilin geridə qalan 3 rübünün hər birini xalis mənfəətlə başa vurub. Bu il “Yapı Kredi Bank Azərbaycan”ın ehtiyatlara daha az ayırma etməsi, Bankda problemli kreditlərin artmasının səngidiyinə işarədir. Bu ilin 9 ayında problemli kreditlər cəmi 1 milyon 269 min manat artıb, 3-cü rübdə isə 2-ci rüblə müqayisədə cüzi azalıb.
BANK ARTIQLAMASI İLƏ EHTİYATLANIB
Bankın 169 milyon 462 min manat kredit portfelinin 52 milyon 327 min manatını və ya 31%-ni problemli kreditlər təşkil edib. Eyni zamanda, Bank kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 56 milyon 934 min manat ehtiyata malik olub (1 milyon 658 min manat adi, 55 milyon 276 min manat məqsədli).
KAPİTALI ARTIB
30 Sentyabr 2017-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan” 403 milyon 786 min manat cəmi aktivlərə, 343 milyon 304 min manat cəmi öhdəliklərə və 60 milyon 482 min manat balans kapitalına malik olub.
Bank ötən ilin sonunda 447 milyon 862 min manat cəmi aktivlərə, 392 milyon 166 min manat cəmi öhdəliklərə və 55 milyon 696 min manat cəmi kapitala malik idi. Bankın kapitalı nizamnamə kapitalının artırılması hesabına artıb.
Müqayisə olunan dövrdə, müştərilərə verilən kreditlər 212 milyon 296 min mantdan 169 milyon 462 min manata geriləyib. Bankın qiymətli kağızlara investisiyası isə 16 dəfə artaraq 41 milyon 206 min manat təşkil edib.
Ötən ilin sonu ilə müqayisədə “Yapı Kredi Bank Azərbaycan” da depozitlər 288 milyon 30 min manatdan 302 milyon manata qalxıb. Artımın səbəbi hüquqi şəxslərin tələbli depozitlərinin artmasıdır.
ƏMANƏTLƏR YENİDƏN ARTIR
Dolların sabit qaldığı şəraitdə, Bankda, 2017-ci ilin 3-cü rübündə 2-ci rüblə müqayisədə fiziki və hüquqi şəxslərin müddətli əmanətləri 78 milyon 35 min manatdan 81 milyon 332 min manata yüksəlib.
2017-ci ilin 3-cü rübündə “Yapı Kredi Bank Azərbaycan” digər banklardan götürdüyü 34 milyon 42 min manat krediti tamamilə qaytarıb.
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə fəaliyyət göstərməkdədir.
Müştərilərin xəbərləri
“PAŞA Sığorta”nın "Port Baku" ərazisindəki filialı mərkəzi ofisdə ("Sahil Plaza"da) fəaliyyətini davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
6 d. əvvəl
Qarabağda torpaqlar sahibkarara icarəyə verilir - İnvestisiya müsabiqəsi elan oludu
- 22 d. əvvəl
-
1 saat əvvəl
iPhone satışları artıb, Apple şirkəti daha çox gəlir və xalis mənfəət əldə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
Dövlət Agentliyindən "çörəyin bahalaşacağına dair iddialara" cavab
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Dövlət Agentliyindən "çörəyin bahalaşacağına dair iddialara" cavab
Ən çox oxunanlar
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub
ABŞ-da ilk rübdə güclü iqtisadi artım
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Mərkəzi Bankı da faizə toxunmadı
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir













.jpg)





