Nağd alış-verişə son qoya biləcək plan - ƏDV 9%-ə DÜŞƏ BİLƏR
Nağdsız hesablaşmalar sisteminin inkişafı üçün POS-terminallarda bank kartları ilə ödəmə zamanı ƏDV-yə diferensiallaşmış verginin tətbiqi nəzərdə tutulur
Azərbaycanda nağdsız hesablaşmalar sisteminin inkişafı üçün POS-terminallarda bank kartları ilə ödəmə zamanı ƏDV-yə (ƏDV 18% təşkil edir) diferensiallaşmış verginin tətbiqi istisna olunmur.
Bu barədə hökumətdəki məlumatlı mənbə məlumat verib.
Hazırda Milli Məclisdə Azərbaycanın 2018-ci il büdcəsinə və respublikanın Vergi Məcəlləsinə dəyişikliklərə baxılır.
Qeyd edək ki, 2016-cı ildə Vergi Məcəlləsinə 201 dəyişiklik edilib. Onlardan 123 maddə vergi idarələri, 34-ü vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8-i vergi güzəştləri və vergidən azad edilmə ilə bağlıdır.
Mənbənin sözlərinə görə, hökumətin iqtisadi blokunun strukturları arasında ƏDV-nin diferensiallaşması imkanları barədə danışıqlar gedir. Əgər razılıq əldə olunsa, sənəd Nazirlər Kabinetinin müzakirəsinə təqdim olunacaq.
"Söhbət ondan gedir ki, POS-terminallarda bank kartları vasitəsilə ödəniş edilsə, ƏDV iki dəfə aşağı düşəcək, yəni 9% olacaq" — deyə mənbə bildirib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Rüfət Quliyev deyib ki, Azərbaycanda ödəniş kartlarının tətbiqi tempi qeyri-qənaətbəxşdir.
"Bizdə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması aşağı səviyyədədir. Ona görə də, nağdsız hesablaşmaların stimullaşdırılması üçün vergi dərəcələrinin aşağı salınması məsələsinin qaldırılması istisna deyil" — deyə Quliyev bildirib.
Deputatın sözlərinə görə, bir sıra Avropa ölkələrində, misal üçün İslandiya və İrlandiyada nağd pul demək olar aradan qalxıb və istifadə olunmur. Çünki adamların bank kartları var və alış-verişi onun vasitəsilə həyata keçirirlər.
"ƏDV-nin yarıbayarı azadılmasına çox yaxşı münasibət bəsləyirəm. Çünki bu, insanların ödəniş kartlarından istifadəsini stimullaşdıracaq. Eyni zamanda, bu addım həm dövlət, həm də alıcılar üçün əlverişlidir" — deyə Quliyev bildirib.
© Sputnik
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
27 d. əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
2 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
2 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
2 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
3 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
3 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
























