"Bank sistemində sağlamlaşmanı görümürük"
"Pul-kredit siyasəti ilə bağlı məsələlər ciddidir. Manatın məzənnəsinin qorunub saxlanması müsbət haldır. Manatın məzənnəsinin sabitliyi ixrac üçün müəyyən potensial yaradır".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.
Deputat bank sistemindəki problemlərin hələ də tam həll olunmadığına diqqət çəkib: "Əhalinin bank sisteminə inamı artmalıdır. Amma çox təəssüf olsun ki, əhalinin bank sektoruna inamı artmır. Keçən ilin birinci yarısında 7,8 milyard manat əmanət var idisə, bu ilin 6 ayında bu göstərici 6,9 milyard manata enib. Manatın məzənnəsinin qorunub saxlanmasının iki tərəfi var. Birincisi, manatın məzənnəsinin qorunub saxlanması müəyyən qədər pul kütləsinin qarşısını almaqla həyata keçirilir. Əgər biz 2015-ci ildə dövriyyədə təxminən 12 milyard manat var idisə, hazırda dövriyyədə 8 milyard manat var. Dövriyyədə pul kütləsinin azalması real sektorun inkişafına təsir edir. Ona görə, biz 2017-ci ildə real sektorun inkişafında artım gözləmirik. Elə etmək lazımdır ki, 2018-ci ildə real sektorda inkişafa nail olaq. Dövlət ötən 10 il ərzində çox işlər görüb. Bütün rayon və şəhərlərdə infrastruktur layihələr həyata keçirilib. İndi əhali, biznes və banklar da işləməlidir. Yəni banklar əhali ilə çox ciddi məsələləri həll etməlidir. Təəssüflər olsun ki, bank sistemində biz sağlamlaşdırma prosesini görmürük. Bank sisteminin kapitallaşması, likvidlik kimi məsələlər öz həllini tapmayıb".
Millə vəkili Hesablama Palatasına müraciət edərək Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətini yoxlamağı xahiş edib. "Bank Standard" bağlananda böyük problemlər yarandı. 43 minə yaxın insan 157 milyon manat vəsaitini ala bilmir. Bu il dövlət büdcəsindən 500 milyon manat Əmanətlərin Sığortalanması Fonduna vəsait ayırdıq. Hesablama Palatasından xahiş edirəm ki, bu 500 milyon manatın necə xərclənməsini yoxlasın. Əmanətlərin Sığortalanması Fondu 500 milyon manat vəsait alıbsa, niyə əhali əmanətlərini ala bilmir. Biz əhalidən yüzlərlə məktub alırıq, insanlar şikayət edir. Bank sisteminin sağlamlaşdırması çox ciddi məsələdir", - deyə o vurğulayıb.
© APA
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
4 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 9 saat əvvəl
-
9 saat əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
9 saat əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
9 saat əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
-
10 saat əvvəl
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
Ən çox oxunanlar
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır
Azərbaycan neftinin qiyməti 126 dolları keçib
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub






















