İdxal edilən tikinti materiallarına tətbiq ediləcək yeni gömrük rüsumları məlum olub
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən əsas tikinti materiallarına tətbiq ediləcək yeni idxal gömrük rüsumları məlum olub.
Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.
Gələn ildən mərmər və travertin, və ya əhəngli tuf daşı (emal edilməmiş və ya qaba xırdalanmış - mişarlanmış və ya digər üsulla bloklara və ya düzbucaq (kvadrat da daxil olmaqla) formasında lövhələrə bölünmüş), qumdaşı və qranitə tətbiq edilən idxal gömrük rüsumu 15 faizdən 5 faizə endiriləcək. Gələn il yanvarın 1-dən təbii qrafit, silisiumlu qum və kvarslı qum, kvars və kvarsit, kaolin və digər kaolin gilləri, əhəng flüsu (əhəngin və ya sementin hazırlanması üçün istifadə edilən əhəngdaşı və digər əhəngli daş), sönməmiş əhəng, susuzlaşdırılmamış və ya bişməmiş dolomitə tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu ləğv ediləcək. Gələn ildən şist, qaba xırdalanmış və ya xırdalanmamış, mişarlanmış və ya mişarlanmamış, və ya digər üsulla düzbucaqlı formalı (kvadrat formalı daxil olmaqla) bloklara və ya plitələrə ayrılmış), gipsli bağlayıcılara tətbiq edilən 15 faiz idxal gömrük rüsumu da ləğv olunacaq. Pemza və sumbata, təbii korund, təbii qranat və digər təbii abraziv materiallara tətbiq edilən 3 faiz idxal gömrük rüsumu da ləğv edilib. Sönmüş əhəng və hidravlik əhəngə tətbiq edilən idxal gömrük rüsumu isə artacaq. Bu mallar üçün gələn il yanvarın 1-dən 10 faiz deyil, 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.
Bir sıra tikinti materiallarına tətbiq edilən idxal gömrük rüsumları dəyişməyib. Ekaussin və abidə və ya tikinti üçün digər əhəng daşlar (alebastr), abidə və ya tikinti üçün digər daş, xırda çay daşı, çınqıl, qırma daş, əhəngdaşı, dolomit və tərkibində əhəng olan digər daşlar, sındırılmış və ya xırdalanmış və asbest üçün tətbiq edilən 15 faiz, dolomitli doldurma qarışığı üçün tətbiq edilən 5 faiz idxal gömrük rüsumu qüvvədə saxlanılıb.
Yeni qərara əsasən, sement klinkerlər, giltorpaqlı sement, hidravlik sement, süni boyanmış və ya boyanmamış ağ sementə 1 noyabr 2018-ci ildən 15 faiz idxal gömrük rüsumu tətbiq ediləcək. Gələn il yanvarın 1-ə qədər isə bu malların 1 kiloqramına 0,07 dollar gömrük idxal rüsumunun tətbiq edilməsi qüvvədə olacaq.
Rəndələnmə, cilalanma ilə emal edilməmiş və ya emal edilmiş, bitişdirilmiş və ya bitişdirilməmiş, 6 mm -dən çox qalınlığı olan şalbanbaşı birləşmələri olan və ya olmayan, üzçəkmək üçün (laylı oduncağın bölünməsi ilə əldə edilən də daxil olmaqla), yapışqan vasitəsil ə hazırlanmış faner üçün və ya analoji laylı oduncaqlar üçün vərəqlər və digər meşə materiallarının idxalına tətbiq edilən idxal gömrük rüsumu 10 faizdən 5 faizə endirilib. Gələn ildən ağacdan və ya digər oduncaqlaşmış materiallardan, qatran və ya digər üzvi maddələr əlavə edilmiş və ya əlavə edilməmiş ağaclifli plitələr üçün isə idxal gömrük rüsumu 10 faizdən 15 faizə qaldırılacaq.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
4 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
4 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 4 saat əvvəl
-
4 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
5 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
























