BP: Abşeronun dayazsulu hissəsində ilk kəşfiyyat quyusunun planlaşdırılması aparılır
Dayazsulu Abşeron layihəsinin operatoru kimi BP bu layihəyə böyük ümidlərlə baxır. Bu layihə, həmçinin BP-nin SOCAR-la birbaşa əməkdaşlığı və uğurlu iş birliyini davam etdirməsi üçün də böyük imkandır.
Bu sözləri BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı Abşeron yarımadasının dayazsulu hissəsinin şirkət üçün əhəmiyyətini şərh edərkən deyib.
“Biz 2016-cı ildə Abşeron yarımadasının dayazsulu hissəsi üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) ərazisində 3 ölçülü seysmik tədqiqat işləri aparmışıq. Bu tədqiqat 1300 kvadrat kilometr ərazidən 3 ölçülü məlumat əldə olunmasını əhatə edib. Tədqiqat proqramı təhlükəsiz şəkildə və Xəzər dənizində ilk dəfə tətbiq edilmiş BP-nin özünə məxsus qabaqcıl, patentləşdirilmiş Müstəqil Sinxron Mənbələr (“Independent Simultaneous Source with Nodes” - ISSNTM) texnologiyası vasitəsilə həyata keçirilib. Cari il ərzində bu tədqiqatdan əldə edilmiş 3 ölçülü məlumatların interpretasiyası və emalı bitib. Hazırda layihədə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir”, - deyə T.Bayatlı əlavə edib.
Abşeron yarımadasının dayazsulu hissəsində geoloji kəşfiyyat işlərinin aparılması və işlənmə haqqında Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasından 3 il keçir.
2014-cü il dekabr ayının sonlarında SOCAR və BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənmə haqqında Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. 2015-ci il aprelin 14-də Azərbaycan Respublikasının Milli Məclisi bu sazişi ratifikasiya edib. Həmin saziş Azərbaycan Hökumətinin Xəzərin milli sektorundakı bütün dəniz ərazilərinin tam tədqiq olunması ilə bağlı planının bir hissəsidir.
Həmçinin bu saziş BP-nin Azərbaycan qarşısındakı uzunmüddətli öhdəliyinin bir hissəsi kimi və eləcə də onun həm ölkənin, həm də şirkətin qarşılıqlı faydalanması üçün Azərbaycandakı karbohidrogen ehtiyatlarının tam işlənməsini təmin etmək istiqamətindəki səyləri çərçivəsində gerçəkləşib.
Keçən ilin əvvəlində Abşeron yarımadasının dayazsulu hissəsi layihəsinin operatoru kimi BP şirkəti layihə üzrə iş öhdəliyinin bir hissəsi olaraq Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədini hazırlayıb. Sənəd tanış olmaq, həmçinin də rəy və təklifləri öyrənmək məqsədilə ictimaiyyətə təqdim olunub. Sənəddə layihənin ətraf mühitə və sosial sahəyə potensial təsirləri araşdırılıb və bu təsirləri azaltmaq üçün tövsiyə olunan tədbirlər göstərilib.
Hasilatın Pay Bölgüsü Sazişi üzrə kontrakt sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Həmin ərazidə suyun dərinliyi 40 metrədək dəyişir və potensial məhsuldar layın (kollektorun) dərinliyi 3000-5000 metr təşkil edir. Bu, BP şirkətinə dünyanın başqa yerlərindəki digər dayazsulu ərazilərdə qazandığı təcrübəsini və qabaqcıl texnoloji həllərini bu əraziyə gətirməyə imkan verir. Sazişə əsasən “BP Eksploreyşn (Kaspian Si) Ltd” şirkəti əməliyyatçı olmaqla müqavilədə 50 faiz paya və SOCAR isə qalan 50 faiz paya malikdir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
10 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
10 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
10 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
11 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)






.jpg)








