Azərbaycanda polimer örtüklü dəmir istehsalı üzrə ilk zavod işə düşdü
"Prometal" şirkəti "AkzoNobel" şirkəti ilə birgə polimer örtüklü dəmir istehsalına başladı
“Prometal” şirkəti Azərbaycanda polimer örtüklü dəmir istehsalı üzrə ilk zavodu işə salıb. Zavod Mehdiabad qəsəbəsində yerləşir.
“Prometal” şirkətindən "Marja"ya verilən məlumata görə, xəttin istehsalını və quraşdırılmasını çoxlu sayda polad layihələri həyata keçirmiş, 75 illik təcrübəyə malik Avstraliyanın “Bronx International” şirkəti həyata keçirib.
Mart ayının 8-də ilk məhsul istehsal olunub və 3 gün ərzində davamlı istehsal nəticəsində 325 ton məhsul əldə olunub.
İstehsal olunmuş polimer örtüklü dəmir, "AkzoNobel" şirkətinin hazırladığı polimer örtük dizaynına uyğun həyata keçirilib.
Qeyd edək ki, "AkzoNobel" şirkəti dünyada polimer örtüklərin istehsalına görə liderdir və ən güvənilən brenddir. İstehsal xəttinin testləri və ilk məhsul istehsalı qüsursuz baş tutmuşdur və heç bir məhsul itkisi olmamışdır.
"Prometal" "AkzoNobel" şirkətlərinin istehsal etdiyi məhsullar RUV3 iqlim şəraitinə tam uyğundur, belə ki, Azərbaycan məhz bu iqlim zonasında yerləşir. Həmçinin, dənizə yaxınlıq və duzluluğ nəzərə alınaraq, korroziyadan tam müdafiyə boya altında sink qatı ilə təmin olunmuşdur.
Bu gün Azərbaycanda polimer örtüklü dəmirdən geniş istifadə olunur. Bunlar tikinti bazarında geniş istifadə olunan müxtəlif rəngli dam örtüyü materialları və onların köməkçi elementləri, fasad profilləri, sandviç panellər, polad tavanlar, ventilyasiya sistemləridir. Bundan başqa, polimer örtüklü dəmirdən avtomobil istehsalında və elektrotexnika, məsələn, soyuducu, paltaryuyan maşınlar, qabyuyan maşınlar, kondisionerlər və elektrik plitələrin istehsalında istifadə olunur.
85%-İ ÇİNDƏN İDXAL EDİLİR
Polimer örtüklü dəmirlər bu gün Azərbaycana Çindən, Türkiyədən, Rusiyadan, Finlandiyadan və Koreyadan idxal olunur. İdxal edilən metalın təxminən 85%-i Çin istehsalçılarının payına düşür. Prometal şirkətinin istehsal xətti polimer örtüklü metalların idxalını tam əvəz edəcək, həmçinin, digər ölkələrə ixrac etmək üçün kifayət qədər gücə malikdir. İstehsal xətti müasir mühəndis işlərinin nəticəsi olub, öz seqmentində ən yaxşı məhsul istehsal etmək qabiliyyətinə malikdir. Şirkətin məhsulları Finlandiyanın və İsveçin ən yaxşı istehsalçılarının məhsulları ilə müqayisə edilə bilər.
"Prometal zavodu ildə 50000 ton polimer örtüklü dəmir istehsal etməyə gücünə malikdir. Bu zavod müxtəlif tip örtüklərlə: poliester, mat poliester, mat rifli poliester və PVDF ilə iş üçün nəzərdə tutulub. Artıq qeyd edildiyi kimi, polimer örtüklü metalın 85%-i Azərbaycana Çindən idxal edilir ki, bu da sifarişdən sonra minimum 90 günə başa gəlir. Bundan başqa, xarici ölkələrdən sifariş üçün hər rəngdən 65 ton təşkil edən vaqon normaları vacibdir. Polimer örtüklü metal əsasında bizneslə məşğul olan kiçik şirkətlər üçün bu iki amil ciddi maliyyə çətinlikləri yaradır, həmçinin, daxili bazarda qiymətlərin qalxmasına səbəb olur. Polimer çəkilməsinin müasir tez növbəli qurğusu "Prometal" şirkətinə istənilən sifarişləri olduqca operativ yerinə yetirməyə imkan verir",- Şirkətdən bildirilib.
"PROMETAL" İNVESTİSİYA TƏŞVİQİ SƏNƏDİ ALIB
Qeyd edək ki, layihə ölkədə qeyri-neft sektorunda gedən pozitiv islahatların nəticələrindən biridir. Belə ki, "Prometal" şirkəti bu layihə ilə bağlı İqtisadiyyat Nazirliyindən investisiyaların təşviqi sənədini almışdır. Bu sənədə texnologiyaların ölkəyə idxalı zamanı, həmçinin, istehsal zamanı ciddi güzəştlər daxildir. Texnologiyalar və avadanlıqlar vergi və gömrük rüsumlarına məruz qalmır, eləcə də şirkət 7 il müddətində istehsal zamanı bir çox vergilərdən azaddır.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
10 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
10 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
10 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
10 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
11 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton






















