2 trilyon dollar cərimələnə bilər
2016 Prezident Seçkilərində Donald Trump üçün çalışan siyasi müşavirlik şirkəti "Cambridge Analytica"nın 50 milyon Facebook istifadəçisinin məlumatlarını necə əldə etdiyinə dair Facebook haqqında istintaq başlayıb.
ABŞ Federal Ticarət Komissiyasının (FTC), Facebook-un 50 milyon istifadəçisi barədə məlumatları "Cambridge Analytica"ya qərəzli təqdim etdiyi şübhələri əsasında şirkət haqqında istintaq başlanıb.
"Marja" xəbər verir ki, ötən həftə sonu "The Guardian" qəzeti tərəfindən ortaya çıxarılan qalmaqal, "Cambridge Analytica" adlı şirkətin milyonlarla amerikalı seçicinin məlumatlarını Facebook-dan əldə etdiyini və siyasi məqsədlərlə istifadə etdiyini ortaya çıxardıb.
Christopher Wylie adlı keçmiş bir "Cambridge Analytica" əməkdaşı detalları qəzetə danışıb. Toplanan istifadəçi məlumatlarının hazırlanmış bir tətbiq (proqram) vasitəsilə "seçicilərin qərarlarına təsir etmək üçün" Facebook üzərindən bir sıra psixoloji cəhdlər edildiyi üzə çıxıb.
Christopher Wylie, qalmaqalı ortaya çıxardığı üçün Facebook-un sahib olduğu bütün sosial şəbəkələrdəki hesablarının bağlanıldığını bildirib.
FTC, istintaqın, Facebook ilə 2011-ci ildə istifadəçi məlumatlarının təhlükəsizliyinə dair bağladıqları müqavilənin pozulub-pozulmadığını araşdırmaq üçün həyata keçirdiyini açıqlayıb. Facebook, komissiyaya məxfilik xüsusiyyətlərini inkişaf etdirəcəklərini və üçüncü tərəflərin istifadəçi məlumatlarına icazəsiz daxilolmasına icazə verməyəcəyini vəd etmişdi.
FTC ilə Facebook arasında bağlanmış müqaviləyə görə, "Cambridge Analytica"nın xeyrinə məlumatları oğurlanan hər bir istifadəçi üçün, Facebook, 40 min dollar cərimələnə bilər. Bu məbləğin 50 milyona vurulması (2 trilyon dollar) isə Facebook-u tarixinin ən böyük maliyyə böhranına sala bilər.
Trampın seçki kampaniyasını aparmış "Cambridge Analytica" adlı siyasi araşdırma şirkəti də, milyonlarla Facebook profilindən icazəsiz şəkildə məlumat toplayaraq bu məlumatları qərarsız seçicilərin davranışlarını dəyişdirmək məqsədilə sui-istifadə etməklə günahlandırılır.
Günahlandırmanın mənbəyində, Kembric Universiteti Psixometriya Mərkəzinin tədqiqatçıları tərəfindən 2014-cü ildə aparılmış araşdırma yer alır. Tədqiqata görə, insanların rəqəmsal mühitdə qoyduqları izləri istifadə edərək onları öyrənmək olar.
86200 könüllünün iştirak etdiyi tədqiqatda, insanların Facebook-da etdikləri "bəyən"mələr, "rəqəmsal ayaq izləri" istifadə edilib və kompüter proqramı vasitəsilə analizləri aparılıb. Məsələn, bir adamın bir markanı bəyənməsi, bu adamın satınalma davranışlarına və istehlak üstünlüklərini əks etdirir.
"Cambridge Analytica" adlı məlumat təhlil şirkətinin icraçı direktoru Aleksandr Nix vəzifədən azad edilib.
Böyük Britaniya şirkətindən bildiriblər ki, şirkət haqqındakı iddiaların ardından Nix vəzifəsindən azad edilib.
İngiltərənin "Channel 4" xəbər kanalı əvvəlki gün yayımladığı gizli kamera çəkilişlərindən digər bir fraqmenti də dünən axşam yayına verilib. Yeni görüntülərdə Nixin, şirkəti "Cambridge Analytica"nın 2016-cı ilin Noyabr ayında keçirilmiş ABŞ prezident seçkilərində əhəmiyyətli rol oynadığını dediyi ortaya çıxıb.
Görüntülərdə Nix, namizədliyi zamanı ABŞ Prezidenti Donald Tramp ilə bir çox dəfə görüşdüklərini bildirərək, "Bütün araşdırmanı apardıq. Bütün məlumatları əldə etmişik. Bütün təhlilləri apardıq. Hədəfləməni müəyyən etdik. Bütün rəqəmsal kampaniya, televiziya kampaniyasını biz idarə etdik və bizim məlumatlarımız strategiyaları müəyyənləşdirib", ifadələrini istifadə edib.
Skandalın ardından, Nyu-Yorkda birjasında Facebookun səhmləri 6.2 faiz ucuzlaşıb; Cümə günkü bağlanışdan bu yana 11 faiz minusda olan şirkətin bazar qiymətindən cəmi 60 milyard dollar azalıb. Sözügedən rəqəm, avtomobil istehsalçısı Tesla Inc.-ın bazar dəyərinin üzərindədir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
1 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
1 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
1 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
1 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
1 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton
























