İflas edən oyuncaq nəhəngini iranlı milyarder almaq istəyir
"Toys R Us", ötən payızda iflas istəməsinin ardından istənilən təklifləri ala bilmədiyi üçün 15 gün ərzində ABŞ və Kanadadakı bütün mağazalarını bağlayacağını bildirmişdi. İran əsilli ABŞ vətəndaşı milyarder Isaac Larian "Toys R Us" qapısını 890 milyon dollarlıq təkliflə döyüb.
İflas edən və bir vaxtlar oyuncaq sektorunun nəhəngi olmuş "Toys R Us" üçün İran əsilli amerikalı milyarder İsaac Larian 675 milyon dollarlıq təklif təqdim edib.
"Marja" xəbər verir ki, ABŞ-da olan 735 mağazasını 2 həftə ərzində tamamilə bağlanacağını bildirən "Toys R Us" şirkəti satılmaq istəyir, ancaq uyğun bir təklif ala bilmirdi. Larian, bu təklifin 200-ün bir az üzərindəki mağaza sayı üçün olduğunu bildirib. Milyarder iş adamı Kanadada yerləşən 80 ədəd "Toys R Us" mağazası üçün də 215 milyon dollar təklif edib.
"MGA Entertainment" adında bir şikəti olan İsaac Larian maliyyələşdirməni öz valyutasından,banklar və investorlardan toplayacağı fondla təmin edəcəyini deyib.
Larianın təklifi qəbul edildiyi təqdirdə satın alınan "Toys R Us" mağazaları yalnız oyuncaq satmayacaq, əyləncə nöqtələrinə çeviriləcək. Larian, "hər məhəllədə mini bir "Disneyland" olduğunu xəyal edin" deyib. O, "Toys R Us" mağazalarını ailələrin bütün gün vaxt keçirəcəyi bir yerə çevirmək niyyətindədir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
1 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 22 saat sonra
-
1 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
1 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
1 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
1 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton






















