Qızıl "etibarlı liman" olmağı bacarmadı - UCUZLAŞIR
ABŞ və Çin arasındakı ticarət gərginliyinin artdığı bir şəraitdə Dolların təxminən bir ilin ən yüksək səviyyəsi yaxınlığına qalxması ilə qızılın unsiyasının qiyməti altı ayın ən aşağı səviyyəsinə düşüb. Platin, iki ildən çox müddətin ən aşağı səviyyəsinə enib.
"Marja" xəbər verir ki, qızılın unsiyasının qiyməti, Çərşənbə axşamı günü 1270.52 dollar ilə 22 Dekabrdan bu yana ən aşağı səviyyəsini görəndən sonra bu gün Bakı vaxtı ilə 09:510-da 1273,90 dollar səviyyələrində olub.
ABŞ valyutasının 10 mühüm valyuta qarşısındakı gedişini göstərən Bloomberg Dollar Spot İndeksi 2017-ci ilin İyul ayından bu yana ən yüksək səviyyəsi yaxınlığındadır.
"Oversea-Chinese Banking Corp."ın iqtisadçısı Barnabas Gan, "Qızıl, investorlar arasında üstünlük verilən bir "etibarlı liman" olmağı bacarmadı. Dollar və Yen kimi digər "etibarlı liman" pul vahidlərini daha çox üstünlük verilir" deyib.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
Həmçinin Gan, ticarət müharibəsi təhdidinin iqtisadi baxımdan "risk iştahanı" yatırdığını, lakin gömrük vergilərinin yəqin ki, ABŞ-ın ticarət kəsirini azaldacağını və bunun da nəzəriyyədə dolları dəstəkləyən bir amil olduğunu sözlərinə əlavə edib.
Digər qiymətli metallardan gümüşün qiyməti 0.1 faiz yüksələrək unsiyası 16.3270 dollara qalxıb. Çərşənbə axşamı günü Platinin unsiyası 862.37 dollar ilə Fevral 2016-dan bu yana ən aşağı səviyyəsini görəndən sonra unsiyası 865.09 dollara qalxıb. Palladyum 0.1 faiz bahalaşaraq unsiyası 971.57 dollara yüksəlib.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
23 saat sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 16 saat sonra
-
1 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
1 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
1 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
1 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton
























