“Qala Sığorta” ödənişlərini 10 dəfəyədək artırıb
Azərbaycan sığorta bazarının ən aktiv iştirakçısı olan “Qala Sığorta” 2018-ci ilin yanvar-iyun ayı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən "Marja"ya verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən bu ilin ilk 6 ayında “Qala Sığorta” şirkətinin satış komandası tərəfindən 7 434 983 manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2 827 909 manat və ya 61,2% çox olub.
Hesabat dövründə yığımlarla yanaşı ödənişlərdə də kəskin artım müşahidə olunub. Belə ki, 2018-cilin ötən 6 ayı ərzində şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 687 478 manat sığorta ödənişi verilib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 70 975 manat olub. İllik müqayisədə sığorta ödənişlərinin həcmi 616 503 manat və ya təxminən 9,7 dəfə artım olub.
Qeyd edək ki, verilən sığorta ödənişləri müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq operativ və vaxtında həyata keçirilib. Ümumiyyətlə, göstərilən xidmətlərdə şirkətin biznes strategiyasına əsaslanan müştəri məmnuniyyəti meyarı hər zaman yüksək dəyərləndirilərək pririotet hədəflər sırasında yer alır.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Xatırladaq ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.
Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
23 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























