Pomidor liderliyini qoruyub - İXRAC İCMALI
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin sentyabr sayı təqdim olunub.
İcmalın bu sayında göstərilir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan Respublikasının ixracı 12,9 milyard ABŞ dolları təşkil edib. Bu müddətdə Azərbaycan Respublikasında qeyri-neft sektoru üzrə ixrac isə 1 milyard 94 milyon ABŞ dolları olub. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-avqust ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 131 milyon ABŞ dolları və ya 14 faiz artıb.
Cari ilin yanvar-avqust ayları ərzində Rusiyaya 375 milyon, Türkiyəyə 249,8 milyon, İsveçrəyə 92 milyon, Gürcüstana 88,5 milyon və Çinə 32 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2018-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor 144,4 milyon ABŞ dolları ixrac dəyəri ilə liderliyini qoruyub. Bu siyahıda qızıl (81 milyon ABŞ dolları) ikinci və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (63 milyon ABŞ dolları) üçüncü olub.
Ümumiyyətlə 2018-ci ilin yanvar-avqust ayları ərzində meyvə-tərəvəz ixracı 316 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 90 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 91 milyon, elektrik enerjisinin ixracı 60 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 57 milyon, pambıq lifi ixracı 58 milyon, kimya sənayesi məhsullarının ixracı 41 milyon, pambıq ipliyi ixracı 14 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 8 ayında elektrik enerjisinin ixracı 64 faiz, pambıq ipliyinin ixracı 35 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 22 faiz, meyvə-tərəvəzin ixracı 17 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 14 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 1 faiz artıb.
Cari ilin avqust ayında isə qeyri-neft sektoru üzrə ixrac 125 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin avqust ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında ilk beşlikdə Türkiyə (34,5 milyon ABŞ dolları), Rusiya (22 milyon ABŞ dolları), İsveçrə (13,9 milyon ABŞ dolları), İrlandiya (10 milyon ABŞ dolları) və Gürcüstan (7,2 milyon ABŞ dolları) qərarlaşmışdırlar.
2018-ci ilin avqust ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (12,6 milyon ABŞ dolları) birinci, pambıq lifi (12,4 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (8,4 milyon ABŞ dolları) isə üçüncü olub.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
13 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
14 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Rəsmi məzənnələr açıqlandı
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Qlobal bazarlar Trampın qərarını gözləyir
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
Ən çox oxunanlar
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır























