Audi Q8-lərin sayı şəhərdə günü-gündən artır
(©) Audi Q8 krossoverlərin sayı şəhərdə günü-gündən artır. Bu modelin idman üslublu dizaynı və müasir görünüşü bizim də diqqətimizi cəlb etdi. Avtomobilin premyerasından sonra bu model barədə ətraflı məlumat almaq üçün Audi Bakı Mərkəzinə üz tutduq. Deyilənə görə bu 4- qapılı Coupe SUV Audi brendinin ilk Coupe SUV avtomobilidir.
İdman üslublu hibrid krossoverin konsepti ilk olaraq ABŞ-da təqdim olunmuşdu. Modelin ilk premyerası isə may ayında Çində baş tutub. Modelin dizanı Audi-nin məşhur avtomobil dizayneri Mark Lixte tərəfindən hazırlanmışdır. Dizaynı ərsəyə gətirən almanlar Q8-i 1980-ci illərin Audi S1 Quattro modelinə bənzətdilər.
Avtomobilin güclü və əzələli silueti güclü və dinamik xarakterli krossoverin xüsusiyyətlərini əks etdirir. İlk olaraq saytda göstərilən texniki göstəricilər bölməsində görürük ki, bu model 340 at gücü və 500 Nm hasil edən güclü 3.0 L həcmində V6 TFSİ mühərriyinə malikdir, 0-100 sürətlənmə isə - 5.9 san. baş verir. Qeyd edək ki, Azərbaycana ancaq benzin mühərrikli modellər gətizdirilir. Audi brendinin illərdi ki ”imza” xüsusiyyəti olan daimi tam çəkimli “quattro” bu avtomobili həm şəhər, həm də yolsuzluq şəraiti üçün mükəmməl edir.
Keçək ən maraqlı hissəyə - interyerə. Sükan arxasına əyləşəndə ilk olaraq diqqətimizi qara parlaq panel və MMİ touch ekranlar çəkir, üstəlik Audi-nin yüksək keyfiyyətli dəri materialların ətri salonda xüsusi abu hava yaradır. Qaranlıqda isə salonun rəngli kontur işıqlanması insanın əhval ruhiyəsini qaldırır.
Bəli əminliklə demək olar ki, Audi Q8 həqiqətəndə mövcud Coupe SUV modellərin asrasında ən geniş və ən son texnoloji xüsusiyyətlər ilə təchiz olunan modeldir. Audi Bakı Mərkəzinin təmsilçilərinin dediyinə görə yenicə təqdimatı olan Audi Q8 qısa müddətdə satış rekordları vurub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























