“Nissan”a yeni rəhbər təyin ediləcək
“Nissan” avtokonserninin direktorlar şurasının sədri Karlos Qonun həbsindən sonra onun yerinə yeni rəhbər dekabrın 17-də təyin olunacaq.
Bu barədə JİJİ PRESS agentliyi noyabrın 27-də məlumat yayıb.
Məlumatda şirkətin hazırki prezidenti Hiroto Şaikavanın həmin vəzifəni tutmaq şansının daha yüksək olduğu bildirilir.
Xatırladaq ki, Karlos Qon bütün gəlirlərini bəyan etməməsi səbəbindən noyabrın 19-da həbs olunub. 2010-2017-ci illərdə onun bəyan etmədiyi məbləğin 8 milyard yen (təqribən 71 milyon dollar) olduğu bildirilir. Bununla yanaşı, prokurorluq orqanları tərəfindən onun şəxsən direktorlar şurasının üzvü Qreq Kelliyə bu barədə göstəriş verdiyi güman olunur. Noyabrın 25-də kütləvi-informasiya vasitələri K.Qonun verdiyi ilk ifadələr barədə məlumatlar yayıblar. K.Qon təhqiqata bildirib ki, gəlirlərini gizlətmək niyyəti olmayıb.
Yaponiya prokurorluğunun müəyyən etdiyinə görə, K.Qon 2010-2017-ci illərdə gəlirləri barədə bəyannamələrində 8 milyard yen məbləğində vəsaiti gizlədib. Belə ki, yüksək gəlirlərin göstərilməsinin məcburi olduğu 2010-cu ilədək K.Qon şirkətdən ildə 2 milyard yen (təqribən 18 milyon dollar) alıb. Sonra əmək haqqının həddindən artıq yüksək olmasına görə tənqid ediləcəyini düşünən K.Qon bunun yalnız yarısını göstərməyə başlayıb. Təqribən 1 milyard yen (9 milyon dollar) təşkil edən qalan hissəni isə pensiyaya çıxdıqdan sonra müqavilə əsasında şirkətə göstərəcəyi məsləhət xidmətlərinə görə qısamüddətli vəsait kimi almaq üçün “kənara” qoyub. Yaponiya qanunvericiliyinə əsasən, məbləğ müəyyən olduqda qısamüddətli vəsaitə görə də gəlir bəyannaməsi təqdim edilməlidir.
Bundan əlavə, KİV-lərin məlumatına görə, K.Qonun fərdi şəxs kimi həyata keçirdiyi uğursuz investisiyalardan dəyən 1,7 milyard yen (təqribən 15 milyon dollar) məbləğində vəsait də şirkətin hesabına yazılıb.
Eyni zamanda, K.Qonun direktorlar şurasının sədri kimi şirkətin vəsaiti hesabına Paris, Beyrut, Rio-de-Janeyro və Amsterdamda daşınmaz əmlaklar aldığı da məlum olub. Şirkətin həmin əmlakları alması nə xidməti, nə də kommersiya tələbatından irəli gəlməyib və bu əmlaklar K.Qonun ailə üzvləri tərəfindən istifadə edilib. “Nissan” şirkəti üçün alınan evlərin təmiri və təmizlənməsinə də bir neçə milyard yen sərf edildiyi bildirilir. K.Qon həmin vəsaitləri şəxsi məqsədləri üçün istifadə etdiyinə görə gəlir bəyannaməsində onları da göstərməli idi.
Şirkət bu məlumatları da prokurorluğa təqdim edib. Həmin daşınmaz əmlakların alınması direktorlar şurasının üzvlərindən biri - Qreq Kellinin birbaşa iştirakı ilə həyata keçirilib. Məhz o, icraçı direktorlara korporativ vəsait hesabına evlərin alınması barədə göstəriş verib. Prokurorluq əməkdaşları təhqiqatla əməkdaşlığa görə onlara güzəştlər olunacağı barədə vəd verməklə, onlardan bir neçəsi ilə əməkdaşlıq haqda razılıq əldə edə bilib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
8 saat sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 saat sonra
-
15 d. əvvəl
İlon Mask: SpaceX süni intellekt çipləri almaq üçün 40 milyard dollar borc cəlb edib
- 9 saat əvvəl
-
2 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
2 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
2 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
2 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 2 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
İlon Mask: SpaceX süni intellekt çipləri almaq üçün 40 milyard dollar borc cəlb edib
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Ən çox oxunanlar
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub



























