Podratçıları Azərbaycanda 11 milyard dollara yaxın məbləğdə sifariş yerinə yetirib
“Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz” yataqlarının işlənməsi layihələri və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi üzrə podratçı şirkətlər 2013-2017-ci illərdə 10 mlrd. 752 mln. Dollar məbləğində sifariş yerinə yetiriblər. Bu barədə “2017-ci ildə BP-nin Azərbaycanda davamlı inkişafı” adlı hesabatda deyilir.
“Göstərilən məbləğdən 4 mlrd. 925 mln. Dollar dəyərində sifariş birgə müəssisələr, 805 mln. dollar dəyərində sifariş dövlət müəssisələri, 5 mlrd. 22 mln. dollar dəyərində sifariş kiçik və orta müəssisələr tərəfindən yerinə yetirilib”, - sənəddə bildirilir.
2013-2017-ci illərdə BP şirkətinin və onun Azərbaycandakı tərəfdaşlarının sosial layihələrin həyata keçirilməsinə investisiyaları 20,3 mln. dollar, ümumilikdə ölkədə əməliyyatların başladığı dövrdən etibarən isə 78 mln. dollar təşkil edib.
Layihələrə ümumi investisiyaları 38 mlrd. dollara yaxın təşkil edib
2013-2017-ci illər ərzində “Azəri- Çıraq Günəşli”, “Şahdəniz” yataqlarının, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz magistral boru kəmərlərinə bu günə qədər qoyulan investisiyalar 37,576 mlrd. dollar təşkil edib.
“2013-2017-ci illər ərzində AÇG, “Şahdəniz”, BTC və Cənubi Qafqaz boru kəməri layihələrinin həyata keçirilməsinə yatırılan investisiyaların ümumi həcmi 37 mlrd. 576 mln.dollar, o cümlədən əsaslı investisiyalar 30 mlrd. 531 mln.dollar, istismar üçün qoyulan investisiyalar 7 mlrd. 45 mln. dollar təşkil edib”, - hesabatda deyilir.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. üqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.* Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $40 mlrd. həcmində qiymətləndirilir və 500 mln. tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Bakı-Tbilisi-Ceyhan layihəsinin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); CIECO (2,5%); INPEX (2,5%), “Total” (5%) və ONGC Videsh Limited (2,36%) şirkətləridir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
1 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
21 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
21 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
21 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
22 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 22 saat əvvəl
-
22 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
23 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton
























