“1 mənzil sizdən, əlavə 14 otaq bizdən” - BAKIDA MÖHTƏŞƏM LAYİHƏ
13 Dekabr 2018-ci il tarixində “Bulvar” oteldə “Huner Group” şirkəti “Hünər Qüllələri” layihəsinin təqdimatını keçirib.
“Marja”nın məlumatına görə, təqdimat mərasimində “Huner Group” şirkətinin təsisçisi Ehtiram Quliyev bildirdi ki, “Hünər Qüllələri” layihələndirilən zaman insanların bütün ehtiyacları nəzərə alınıb. Şirkət maya dəyərini aşağı salmağı bacararaq lüks mənzilləri ekonom seqmentə təklif edəcəkdir:
“İSTİFADƏ ETMƏYƏCƏYİNİZ MƏNZİLİ BİZDƏN ALMAYIN”
“Hər bir insanın mənzilə ehtiyacı olur. Biz düşündük ki, bəzi yeniliklərə Azərbaycanda da başlamağın vaxtıdır. Xüsusilə təmirli mənzil mövzusunda. Təmir ilə məşğul olmaq çox çətindir. Təmir insanları işlərindən ayırır. Təmir qayğıdır, zaman itkisidir, səs-küydür. Ölkəmizdə artıq ekonom təmirli mənzillər başlamışdı. Biz isə seqmenti bir az da böyüdərək lüksü ekonom seqmentə təqdim edəcəyik. Biz deyirik ki, istifadə etməyəcəyiniz mənzili bizdən almayın. Bizdən alacağınız təmirli mənzildə ya özünüz yaşayın ya da kirayəyə verib faydalanın. Əgər bunları etməyəcəksinizsə bu investisiya çox səmərəsiz investisiyadır”.
Ehtiram Quliyev qeyd etdi ki, “Hünər Qüllələri”ni digər yaşayış komplekslərindən fərqləndirən “Flex” xidmətidir:
“Flex” patenti “Huner Group”a aid olan bir məhsuldur. Biz deyirik, xərc çəkib daha böyük mənzillər almayın. Bizdən bir kiçik mənzil alaraq 14 otağa sahib ola bilərsiniz. Otaqlardan istifadə edərkən xidmət haqqı deyil, xırda iştirak haqqı ödəniləcəkdir. Əməkdaşlarımız “Flex” haqqında ətraflı məlumat verəcəklər”.
BAKI AĞ ŞƏHƏRDƏ YERLƏŞİR
Təqdimatda bildirildi ki, “Bakı Ağ Şəhər”də inşasına başlanılan “Hünər Qüllələri” 18 mərtəbəli 2 binadan ibarətdir. Heyranedici dəniz mənzərəli binaların 3-18-ci mərtəbələri mənzillər üçün nəzərdə tutulub. Hər mərtəbədə 5 ədəd olmaqla cəmi 168 premium mənzil və 2 “penthouse” (teras) ən müasir dizaynla və tam təmirli şəkildə müştərilərə təqdim ediləcək. Hər binada 6 lift sakinlərin ixtiyarında olacaqdır.
Binaların 1-ci mərtəbəsi mağaza vərestoranlar, 2-ci mərtəbəsi isə “Flex” otaqlar üçün nəzərdə tutulub. Sahəsi 403 kvadrat metr olan geniş və işıqlı vestibül, 4000 kvadrat metrlik açıq park sahəsi, 214 dayanacaq yeri, yeraltı mərtəbələrdə 116 fərdi depo sakinlərin ixtiyarına veriləcəkdir. Açıq park sahəsi qüllələrin 3-cü mərtəbəsində yerləşir.
Binalarda alıcılara 2,3,4 və 5 otaqlı mənzillər təklif edilir. 2 otaqlı mənzilin sahəsi 60 kv.m, 3 otaqlı mənzilin sahəsi 110 kv.m, 4 otaqlı mənzilin sahəsi 189 kv.m, 5 otaqlı mənzilin sahəsi isə 225 kv.m-dir.
“FLEX HOUSE” SİSTEMİ NƏDİR?
Təqdimatda “Hünər Qüllələri” şirkətinin əməkdaşı Nəsimi Paşayev “Flex House” sistemi barədə ətraflı məlumat verdi. O bildirdi ki, Azərbaycanda ilk dəfə “Hünər Qüllələri”ndə “Flex House” sistemi tətbiq ediləcəkdir. “Flex House” sistemi müştərilərinə bir evin işərisinə sığmayan xüsusi otaqlarda komfortlu xidmət sahələri təqdim edir. Belə ki “Hünər Qüllələri”ndən mənzil alan hər bir ailə müxtəlif 14 növ xidmət otağından istifadə edə biləcəkdir. “Flex House” sisteminin əsas məqsədi bir evə sığmayan xidmətləri bütün otaqları “qatlayaraq” mənzilinizə əlavə etməkdir. Otaqlar yalnız mənzil sahiblərinə veriləcək icazə vasitəsilə bronlaşdırılacaq. Bronlaşdırma prosesini mobil telefon vasitəsilə çox rahat həyata keçirmək mümkün olacaqdır.
Sakinlər “Flex” otaqlardan özlərinə aid xüsusi bir sahə kimi istifadə edə ediləcəklər. “Flex” otaqlara- karaoke otağı, uşaq otağı, kinozal, “Playstation” otağı, parti otağı, özəl mətbəx, iş otağı, qonaq otağı, musiqi otağı, bilyard salonu, fitness salonu, çamaşırxana, sürücü otağı, qapalı mini futbol və basketbol meydançası daxildir.
““Flex House” sisteminin şüarı “1 mənzil sizdən, əlavə 14 otaq bizdən”dir.Tutaq ki, “Hünər Qüllələri”ndən mənzil almısınız. Siz musiqi həvəskarısınızsa gitara, pianino kimi musiqi alətlərini zövqlə ifa edə biləcəyiniz Musiqi otağından istifadə edə bilərsiniz. Siz şəxsi işlərinizlə məşğul olarkən uşaqlarınız onlara ayrılmış xüsusi otaqda oynayacaqlar. Asudə vaxtlarınızda kinozalda maraqlı filimlər izləyə, yaşadığınız binadan kənara çıxmadan “Playstation” otağında sevimli oyunlarınızı oynaya, Parti otağnda ailəniz, qohumlarınız və dostlarınız ilə birlikdə müxtəlif partilər təşkil edə bilərsiniz. Uzaqdan gəlmiş qonaqlarınız isə otel standartlarına uyğun olan qonaq otaqlarında gecələyə biləcəkdir və s”,- Nəsimi Paşayev bildirdi.
QİYMƏTLƏR NECƏDİR?
“Huner Group” şirkətinin təsisçisi Ehtiram Quliyev “Marja”ya bildirdi ki, binaların inşasının 3 ilə tam başa çatdırılması qarşıya məqsəd qoyulub.
Onun sözlərinə görə, alıcılar mənzillərin təmiri üçün konkret müəyyən edilmiş dizaynları seçəcəklər.
Ehtiram Quliyev qeyd etdi ki, mənzillər premium olsa da, qiymətlər maya dəyərinin aşağı salınması sayəsində münasib olacaqdır. Maya dəyəri binaların tikintisində və mənzillərin təmirində istifadə ediləcək materialların topdan sifariş verilməsi və bu sayədə əldə edilən edirimlər hesabına təmin olunacaqdır:
“Biz təmirin maya dəyərini aşağı salmağa bacarmışıq. Məsələn, 12 min kv. parketin alınması barədə qərb istehsalçıları ilə danışıqlar aparmışıq. Böyük həcmdə materiallar aldığımız üçün xeyli endirimlər əldə etmişik”.
Şirkətin təsisçisi əlavə etdi ki, “Hünər Qüllələri”də tam təmirli mənzilin 1 kv.m-nin qiyməti 2600 manatdan başlayır. Dəniz mənzərəli mənzillərin qiyməti daha yüksəkdir.
““Hünər Qüllələri”ndən mənzil almaq istəyən hər bir kəs ofisimizə yaxınlaşaraq, həm alacağı mənzillər ilə, həm də “Flex” otaqlarla əyani şəkildə tanış ola bilər”.
Ətraflı: (012) 409 00 44
@hunergroup
Bakı Ağ Şəhər, Park rayonu
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
21 d. əvvəl
Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilədək 10% azalacağı gözlənilir
-
-
13 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
- 15 saat əvvəl
-
16 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
17 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 17 saat əvvəl
-
17 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 17 saat əvvəl
-
18 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Ən çox oxunanlar
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var





















