22 icrası məcburi olan “Göstəriş” tərtib olunub - Komitədə kollegiya iclası
24 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclası keçirilib.
Komitədən "Marja"ya daxil olmuş məlumata görə, iclası giriş sözü ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib ki, 2018-ci ildə ümumi sahəsi 2 084 700 kvadrat metr və ya ötən illə müqayisədə 3,3% çox yeni yaşayış evləri tikilib istifadəyə verilib.
Samir Nuriyev qeyd edib ki, ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılan şərait, bu sahədə təmin olunan müsbət dəyişikliklər beynəlxalq təşkilatlar və aparıcı reytinq agentliklərinin də diqqət mərkəzindədir.
Belə ki, həyata keçirilən islahatlar, öz növbəsində, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Belə ki, 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib. Hesabata əsasən, Azərbaycan, həmçinin "Tikinti üçün icazələrin alınması" indikatoru üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib.
Komitə sədri bildirib ki, ölkədə şəhərsalma fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biridir və bu proseslərin planlı, sistemli və şəhərsalma qanunvericiliyinə uyğun təşkil edilməsi ölkə başçısı tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qarşısında qoyulmuş başlıca vəzifələrdəndir. O, ölkə rəhbərliyinin tapşırıqlarına əsasən son dövrdə şəhərsalma sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsi və Komitə tərəfindən bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verib.
Şəhərlərin dayanıqlı inkişafını və idarə olunmasını təmin edən əsas ərazi planlaşdırılması sənədi baş plandır və bu gün Komitədə baş planların qanunvericiliyin tələblərinə və eyni zamanda aparıcı dünya təcrübəsinə uyğun hazırlanmasına xüsusi diqqət verilir. 2018-ci ildə Komitə Bakı şəhərinin baş planının hazırlanması işini müasir standartlara əsasən təşkil etmək məqsədilə nüfuzlu beynəlxalq məsləhətçi – “Boston Consulting Group” şirkətini əməkdaşlığa cəlb etmişdir. İki mərhələdən ibarət olan baş planın hazırlanması işinin artıq yekunlaşdırılmış 1-ci mərhələsi nəticəsində Bakı şəhərinin inkişafı konsepsiyası hazırlanmış, inkişaf prioritetlərinin istiqamətləri müəyyənləşdirilmişdir.
Bununla yanaşı, birinci mərhələnin nəticələri əsasında beynəlxalq səviyyədə tanınmış şəhərsalma şirkətinin seçilməsi üçün müvafiq layihə tapşırığı hazırlanmış və şirkətin müəyyənləşdirilməsi üçün açıq tender elan olunmuşdur. Tenderin nəticələrinin 2019-cu ilin mart ayında elan olunaraq, Bakı şəhərinin baş planının hazırlanması işinin 2-ci mərhələsinə başlamaq planlaşdırılır.
Ötən il, həmçinin Sumqayıt şəhərinin baş planı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, Tovuz və Quba şəhərlərinin baş planlarının layihələrinin hazırlanması yekunlaşdırılmışdır, Biləsüvar şəhərinin baş planının işlənməsi isə başa çatmaq üzrədir. Eyni zamanda 2018-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə daha 6 şəhərin (Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad və Kürdəmir) baş plan layihələrinin hazırlanmasına start verilmişdir. Hazırda ölkəmizdə təsdiq olunmuş baş planları olan cəmi 34 şəhər var. Eyni zamanda 2019-cu ildə hazırlanmasına əvvəlki illərdə başlanılmış daha bir neçə şəhərin baş planlarının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunması gözlənilir.
Komitə sədri ölkə başçısının 2018-ci il ərzində imzaladığı bir neçə Fərmana əsasən, qurumun məsuliyyətinin artırılması, şəhərsalmanın planlaşdırılması, tikintinin layihələndirilməsi və təşkili sahəsində aparılan islahatlar barədə danışaraq “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli Fərmanını xüsusi vurğulayıb. Bildirilib ki, son Fərmana əsasən hazırlanaraq tezliklə istifadəyə veriləcək elektron sistem vasitəsilə tikinti sifarişçisi ilkin olaraq Bakı şəhəri üzrə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazəni “bir pəncərə” prinsipi əsasında elektron formada ala biləcək.
Samir Nuriyev, həmçinin qeyd edib ki, hesabat dövrü ərzində Komitə tərəfindən səyyar və kameral qaydada dövlət şəhərsalma nəzarəti həyata keçirilmiş və aşkar olunmuş nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülmüşdür. Belə ki, 2018-ci ildə Bakı şəhərinin 8 rayonunun, habelə ölkənin 6 rayonunun icra hakimiyyəti orqanlarının fəaliyyətinə dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma qanunvericiliyinin və normativ-hüquqi sənədlərin tələblərinin pozulması faktları aşkar edilmiş, bununla bağlı müvafiq nöqsanları aradan qaldırmaq məqsədilə ümumilikdə 22 icrası məcburi olan “Göstəriş” tərtib olunaraq yerli icra hakimiyyəti orqanlarına təqdim olunmuşdur. Eyni zamanda, 21 fakt üzrə pozuntularda cinayət əməlləri olduğundan müvafiq məlumat Azərbaycan Respublikasının Baş prokurorluğuna təqdim olunmuş, faktlar üzrə araşdırmalara başlanılmış, bir hissəsi üzrə cinayət işləri açılmışdır.
Daha sonra Komitənin Aparatının rəhbəri, Kadr məsələləri şöbəsinin müdiri və Komitənin tabeliyində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutunun direktoru 2018-ci ildə aidiyyəti sahələr üzrə fəaliyyətə dair hesabat məruzələri ilə çıxış ediblər.
İclas çərçivəsində, Komitənin kollegiyası tərəfindən ötən illər ərzində təsdiq olunmuş bir sıra layihələndirmə və tikinti normalarında Azərbaycan Respublikasının aidiyyəti qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar zəruri dəyişikliyin edilməsi barədə qərar qəbul edilmişdir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
20 d. əvvəl
Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilədək 10% azalacağı gözlənilir
-
-
13 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
- 15 saat əvvəl
-
16 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
17 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 17 saat əvvəl
-
17 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 17 saat əvvəl
-
18 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Ən çox oxunanlar
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var



















