Özbəkistan Azərbaycanla əmtəə dövriyyəsinin potensialını 1 milyard dollar qiymətləndirir
Özbəkistanın baş nazirinin müavini Eler Qəniyev hesab edir ki, perspektivdə Azərbaycanla əmtəə dövriyyəsi 1 mlrd. dollara çata bilər. Bu barədə Özbəkistan mətbuatı xəbər yayıb.
"2018-ci ildə əmtəə dövriyyəsi artıb və bu, bizi sevindirir. Bununla belə, rəqəmlər çox kiçik olaraq qalır. Əminəm ki, ticarət münasibətlərimizin inkişafı üçün heç bir məhdudiyyət yoxdur. Bu, ən azı yarım milyard, gələcəkdə isə 1 milyard dollardır", - deyə E.Qəniyev Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşdə bildirib.
Öz növbəsində, S.Mustafayev qeyd edib ki, hər iki ölkə təəssüf ki, mövcud iqtisadi potensialdan faydalanmayıb.
"Təəssüf ki, biz mövcud olan potensialdan faydalanmamışıq. Ötən illər ərzində çox işlər görülüb. Hökumətlərimiz möhkəm hüquqi baza yaradıb. Son il ərzində əmtəə dövriyyəsi artsa da, əsas rəqəmlər çox azdır. Bu dövrdə artım təxminən 50% təşkil edib”, - deyə nazir bildirib.
E.Qəniyev son vaxtlar Özbəkistanda baş verən dəyişiklikləri diqqətə çatdırıb və vurğulayıb ki, iqtisadiyyatın liberallaşdırılması Özbəkistanda Azərbaycan biznesi üçün yaxşı imkanlar yaradır.
"Özbəkistan bu gün başqa bir ölkədir: açıq, şəffaf və əlçatan. Ona görə ümid edirik ki, bu yeni şəraitdə Azərbaycanla əməkdaşlıq Özbəkistanda Azərbaycan biznesinin inkişafı üçün çox yaxşı imkanlar yaradacaq”, - deyə o qeyd edib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 43 milyon 948 min dollar təşkil edib.
İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Özbəkistanda səfərdədir. Görüşlərdə əsas diqqət həm də nəqliyyat sahəsində əməkdaşlığa ayrılacaq.
Nümayəndə heyətinin tərkibinə kənd təsərrüfatı naziri İnam Kərimov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və digər rəsmi şəxslər, həmçinin bir sıra istehsalçı şirkətlərin rəhbərləri daxildir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
19 d. əvvəl
Azərbaycanda bitki yağları üzrə təminat zəifdir: göstərici 52,4%-ə geriləyib
- 21 d. əvvəl
- 31 d. əvvəl
-
32 d. əvvəl
Süd və süd məhsulları üzrə özünütəminetmə 81% olub – 6 illik mənzərə
- 34 d. əvvəl
-
51 d. əvvəl
Problemli kredit bazarında fəaliyyət göstərən şirkət kapitalını 51 dəfə artırır
- 56 d. əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Yumurta üzrə yerli təminat daxili tələbatı üstələyib – 104%
Süd və süd məhsulları üzrə özünütəminetmə 81% olub – 6 illik mənzərə
Ən çox oxunanlar
Oktyabrın 24-də gözlənilən hava şəraiti
“AllAllFinance”ın xalis mənfəəti 14% artıb
Quş əti üzrə təminat güclənib: 81,9%
“Yüksək gəlir hələ başlanğıcdır – TL kart hədiyyəsi də Ziraat Bank Azərbaycandan!” ®
Ət və ət məhsulları üzrə özünütəminetmə 83,3% olub – 6 illik mənzərə


























