"Bir aya 100 dəst mebel istehsal edirik, xarici bazarlara da ixrac nəzərdə tutmuşuq”
Masallı Sənaye Məhəlləsindən REPORTAJ
Artıq Neftçala və Masallı sənaye məhəllələri sahibkarların istifadəsinə verilib. Hacıqabulda demək olar ki, işlər tam yekunlaşıb, Sabirabadda isə tikinti davam edir.
2018-ci ildə ümumi sahəsi 10 hektar olan Masallı Sənaye Məhəlləsində əvvəl 8, indi isə müxtəlif istehsal sahələri üzrə 10 müəssisə fəaliyyət göstərir. Burada mebel, uşaq və mətbəx mebelləri, döşək, dam örtükləri və aksessuarları, dəmir məmulatları, plastik-alüminium qapı-pəncərə istehsal olunur.
Məhəllədə yaradılan istehsal sahələrindən biri də taxta emalı və məmulatları müəssisəsidir. Sahibkar Əziz Əzizov istehsal etdikləri məhsulu yerli bazara çıxarır: “Məhsullarımız Azərbaycanın bütün rayonlarına satışa göndərilir. Öz rayonumuzdan işçi cəlb etmişik. Hazırda 11 işçimiz var. Xammal isə Rusiyadan gəlir. Tələbat olduğuna görə, istehsalı bu yaxınlarda daha da artıracağıq. İşçilərimizin sayı da 20-yə çatacaq”.
Müəssisədə işlə təmin olunanların əksəriyyəti ətraf kəndlərin sakinləridir. Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərən istehsal müəssisələrində Seymur Şirməmmədov kimi yüzdən çox gənc çalışır. Azərbaycan brendi ilə istehsalımıza töhfə verən bu gənclər uzaq məsafə qət etmədən elə yaşadıqları rayonda işlə təmin olunublar: “Müəssisə ilə evimiz arasında cəmi 3-4 kilometr məsafə var. İşə maşınla gəlib-gedirik. Müəssisəmizdə mətbəx mebeli düzəldirik. Ölçüsündən asılı olaraq bir mebeli 1-2 günə hazır edirik”.
İşçi Niyaməddin Səlimli isə deyir ki, evlərimizin daha gözəl görünməsində xüsusi payı olan bu dam örtükləri milli istehsalımızdır. Masallı Sənaye Məhəlləsində yaradılmış bu müəssisədə keyfiyyətli və rəngbərəng dam örtükləri istehsal olunur: “Müxtəlif rənglərdə sifarişlərimiz olur. Dam örtüklərini istənilən ölçüdə kəsib müştərilərə göndəririk. Məndən başqa 4 işçi də var”.
Döşək və metal yay hissələri istehsal edən, illik dövriyyəsinin həcmi 3 milyon manat nəzərdə tutulan digər müəssisənin məhsulları da yüksək keyfiyyəti ilə seçilir. Uşaq və mətbəx mebeli sexində iş icraçısı olan Mürvət Abdullayev bildirir ki, istehsal etdikləri malı xarici bazara çıxarmaq niyyətindədirlər. “Hazırda 6 nəfərlə çalışırıq. Məhsullarımız daxili bazarlarda satılır. Bir aya 100 dəst mebel istehsal edirik. Gələcəkdə xarici bazarlara da ixrac etməyi nəzərdə tutmuşuq”, - deyə o qeyd edib.
Bundan başqa, Masallı Sənaye Məhəlləsində yumşaq mebellər, stol-stullar istehsal edən müəssisələr də fəaliyyət göstərir. İstehsal olunan mebellər burada fəaliyyət göstərən sərgi zalında nümayiş etdirilir. Hazırda 140 nəfərin işlə təmin olunduğu Masallı Sənaye Məhəlləsində gələcəkdə fəaliyyət sahələrinin genişləndirilməsi, istehsalın artırılması ilə burada çalışanların sayı 200 nəfərdən çox olacaq.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
3 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
- 40 d. əvvəl
-
47 d. əvvəl
"Azərbaycan Dövlət Neft Fondu 2024-2026-cı illərdə ən böyük qızıl alıcılarından biri olub"
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Robert Köçəryana qarşı cinayət işi ilə bağlı təfərrüatlar açıqlanıb: 6 nəfər həbs edilib
-
2 saat əvvəl
Yeni dərs ilinə “Nəhəng qayıdış” - 7%-DƏK KEŞBEK, 6 AYADƏK FAİZSİZ TAKSİT ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Azərbaycanın sığorta bazarı 7 %-dən çox böyüyüb
İri investisiya layihələrinin qarşısındakı maneələr aradan qaldırılır - Torpaqdan gömrüyədək qərarlar koordinasiyalı veriləcək
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
Ən çox oxunanlar
Robert Köçəryana qarşı cinayət işi ilə bağlı təfərrüatlar açıqlanıb: 6 nəfər həbs edilib
Ali Məhkəmədən sələmçilərə xəbərdarlıq
Azərbaycana gələn əcnəbilərin sayı 9,2% azalıb – Körfəz ölkələrindən axın 32,8% düşüb
Azərbaycan neftinin son qiyməti




















