Pomidor 1-ci, kartof 2-ci olub - Qeyri-neft sektoru üzrə ixrac 18 faiz artıb
Bu ilin ilk 5 ayında Azexport.az portalına 261,8 milyon ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyun sayı təqdim olunub. İcmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-may ayları ərzində Azərbaycan Respublikasının ixracı 8,6 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,3 milyard ABŞ dolları və ya 17 faiz artıb.
Bu müddətdə qeyri-neft sektoru üzrə isə 787 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-may ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 119 milyon ABŞ dolları və ya 18 faiz artıb. Bu ilin ilk beş ayı ərzində Rusiyaya 261,2 milyon, Türkiyəyə 180,8 milyon, Gürcüstana 76,9 milyon, İsveçrəyə 52,9 milyon və İtaliyaya 28,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2019-cu ilin ilk beş ayında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Rusiyaya qeyri-neft ixracı 17 faiz, Türkiyəyə 17,2 faiz, Gürcüstana 16,7 faiz və İtaliyaya 2,3 dəfə artıb.
Cari ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına tomat (104,2 milyon ABŞ dolları) liderlik edib. Bu siyahıda mahlıc (68,1 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (62 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
2019-cu ilin ilk beş ayı ərzində meyvə-tərəvəz ixracı 241 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 89,9 milyon, pambıq lifi ixracı 68,8 milyon, elektrik enerjisinin ixracı 51,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 37 milyon, kimya sənayesi məhsullarının ixracı 30,2 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 25 milyon, pambıq ipliyi ixracı 12,3 milyon ABŞ dolları, alkoqollu və alkoqolsuz içkilərin ixracı 11,8 milyon təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-may aylarında pambıq lifinin ixracı 2,7 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 93 faiz, pambıq ipliyinin ixracı 62 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 52 faiz, meyvə-tərəvəzin ixracı 27 faiz, kimya sənayesi məhsullarının ixracı 27 faiz artıb.
2019-cu ilin may ayında isə qeyri-neft sektoru üzrə ixrac 204 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin may ayı ilə müqayisədə 2019-cu ilin may ayında qeyri-neft sektoru üzrə ixrac 22 milyon ABŞ dolları və ya 12 faiz artıb. Bu ilin may ayında qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (96,3 milyon ABŞ dolları), Türkiyəyə (33 milyon ABŞ dolları), Gürcüstana (14,6 milyon ABŞ dolları), İsveçrəyə (8,2 milyon ABŞ dolları) və İtaliyaya (6,6 milyon ABŞ dolları) ixrac edilib.
2019-cu ilin may ayında qeyri-neft sektoru üzrə ixracda pomidor (54,6 milyon ABŞ dolları) birinci, kartof (20,2 milyon ABŞ dolları) ikinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (12,9 milyon ABŞ dolları) üçüncü olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
4 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
24 d. əvvəl
“Prior Lizinq”dən ölkədə ilk: 7 illik faizsiz lizinq imkanı! ®
- 37 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
-
5 saat əvvəl
Alibaba-dan nəhəng gediş – 10,2 milyard dollarlıq səhm satdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
ABŞ İrana qarşı “İqtisadi Təcrid Əməliyyatı”na başladı - İranla işləyənlər dollar sistemindən çıxarılacaq
Bakıda 8-ci SUBWAY restoranı açılır
Porsche məsləhət xidmətləri göstərən şirkətini satır
Ən çox oxunanlar
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
Alibaba-dan nəhəng gediş – 10,2 milyard dollarlıq səhm satdı
“Lombard” kreditinə illik 10%-dək endirim - ŞƏRTLƏR ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İran rialı çökür – Dollar 2 milyon rial həddini keçdi
Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu!






















