"Yaşayış binaları tam simasız və zövqsüzdür. Memarların lisenziyalaşdırılması zəruridir”

“Fikrimcə, şəhərimizdə ictimai məqsədlər üçün inşa olunan obyektlər kifayət qədər maraqlı və keyfiyyətlidir. Təəssüf ki, belə qiyməti geniş vüsət alan yaşayış tikintisinə şamil etmək çətindir. Son illər ərzində inşa olunmuş çoxsaylı yaşayış evlərinin bəziləri tam simasız və tam zövqsüzdür”.
“Marja”nın məlumatına görə, bunu Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri,Respublikanın Əməkdar memarı Elbay Qasımzadə bildirib.
Onun sözlərinə görə,bunların tikintisinə sərf olunmuş vəsaitdən başqa, burada yaşayan sakinlərə mənəvi ziyan dəyir.
“Memarlıq insanın mənəviyyatına təsir edən sənət növüdür. Onların həyat tərzinə, zövqünə, hətta tərbiyəsinə belə təsiri var. Bu simasız binaların, orada yaşayıb böyüyən gənclərimizin tərbiyəsinə necə təsiri olacağını düşünəndə məyus oluram. Bunun bir neçə ciddi səbəbi var. İlkin səbəbi, əlbəttə, layihələri hazırlayan memarların kəmsavadlılığı və yaxud biganəliyidir. Hər ikisi xalqa, sənətə xəyanət kimi qiymətləndirilə bilər.
İkinci səbəb layihələrin, mütəxəssislərin müzakirəsinə çıxarılmadan, məmur kabinetlərində təsdiqlənməsi və qəbul edilməsidir. Bu barədə dəfələrlə danışılsa da, “yükü” yerdən qaldıran yoxdur. Hərçənd ki, bu layihələrin ictimaiyyət tərəfindən bəyənilməsi ideyası böyük bir kəşf mövzusu deyil. Belə qurum olub. Bakının baş memarı yanında Şəhərsalma Şurası 1990-cı ildən 2001-ci ilə qədər fəaliyyət göstərib və bir çox baş verə biləcək səhvlərin qarşısını alıb. Sonralar “əl-ayağa dolaşan” olmasın deyə, ləğv edilib.
Bakı kimi möhtəşəm, unikal memarlığa məxsus şəhərdə bir adamın (hətta mütəxəssis olsa belə) fikri ilə şəhərin memarlıq simasına təsir edəcək layihənin qiymətləndirilməsi böyük faciədir.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Elbay Qasımzadə hesab edir ki, memarların lisenziyalaşdırılmasında və layihələrin müzakirələrində mütləq qeyri-dövlət qurumunun iştirakı zəruridir. Belə təcrübə bir çox səhv qərarların qarşısını ala biləcəkdir.
“Belə qurum var. Bu, Memarlar İttifaqıdır. Həm beynəlxalq səviyyədə və həm də dövlət rəhbərliyi qarşısında kifayət qədər nüfuzumuz var. Biliyimiz isə, yəqin ki, heç kəsdə şübhə doğurmur. Burada bir fikrimi də bölüşmək istərdim. Ölkəmiz müstəqillik dövründə böyük inkişaf yolu keçib. Həm iqtisadiyyatda, həm də demokratik quruluşda. Bu gün dövlətçiliyimiz o dərəcədə dayaqlıdır ki, hökumətin bəzi vəzifələrini ictimai qurumlara həvalə etmək olar. Misal üçün, yuxarıda qeyd etdiyim layihələrin qiymətləndirilməsi və peşəkarlıq hüquqlarının verilməsi peşəkar ictimai qurumlar tərəfindən aparılaraq, hökumətə dəstək olar. Bunun üçün qanunvericilikdə bəzi dəyişikliklər edilməsi məqsədəuyğun olardı.
Etiraf edək ki, aidiyyəti olan məmurlar bunun təşəbbüskarı olmayacaq. Bunu etməkdən ötrü “Yaradıcı birliklər haqqında” Azərbaycan Respublikasının Qanunu olması ümumxalq işimizə fayda verər...Belə bir Qanun layihəsi bir neçə il öncə hazırlanmışdır. Onun hazırlanmasında mən də iştirak etmişəm. Hətta bilirəm ki, Milli Məclisdə birinci oxunuşdan da keçmişdi. Lakin sonra kiminsə xoşuna gəlməməsi ucbatından gündəlikdən çıxarıldı”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 11 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
14 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
