Şirkətlərdən və fiziki şəxslərdən daha çox vergi yığılması planı - SİYAHI
Gələn il Azərbaycandakı biznesdən daha çox məbləğlərdə əlavə dəyər, fiziki şəxslərin gəlir, aksiz və sadələşdirilmiş vergilər toplanması nəzərdə tutulur. Təkcə bu 4 növ üzrə proqnoz 726 milyon manat artırılır. Dövlət Gömrük Komitəsi üzrə əlavə dəyər vergisi və gömrük rüsumları üzrə artırılan planları da nəzərə aldıqda məbləğ 1 milyard 100 milyon manatı aşır.
“Marja” 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatına istinadən xəbər verir ki, 2020-ci ildə dövlət büdcəsinə Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə ayrı-ayrı gəlir növləri üzrə daxilolmalar aşağıdakı kimi proqnozlaşdırılır:
Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 1 milyard 175 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 295 milyon manat və ya 33,5 faiz çoxdur.
“Artıma səbəb minimum əməkhaqqının və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının artırılması ilə bağlı vergi bazasının genişlənməsi ilə bağlı olmuşdur”, - Təqdimatda deyilir.
Hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar 2 milyard 656,5 milyon manat nəzərdə tutulur. Həmin məbləğin 62,6 faizi və ya 1 milyard 662,5 milyon manatı qeyri-neft sektorunun, 37,4 faizi və ya 994,0 milyon manatı neft sektorunun payına düşür. Növbəti ildə qeyri-neft sektoru üzrə mənfəət vergisi cari ilin proqnozu ilə müqayisədə 145,1 milyon manat və ya 9,6 faiz çox nəzərdə tutulur. Artımın səbəbi qeyri-neft ÜDM-in artımı ilə bağlı olmuşdur.
Əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 2 milyard 30 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 226 milyon manat və ya 12,5 faiz çoxdur. Əlavə dəyər vergisi üzrə daxilolmaların 82,7 faizi və ya 1 milyard 679 milyon manatı qeyri-neft sektorunun, 17,3 faizi və ya 351 milyon manatı neft sektorunun payına düşür. 2019-cu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə neft sektoru üzrə ƏDV eyni səviyyədə, qeyri-neft sektoru üzrə ƏDV 226 milyon manat və ya 15,6 faiz çox proqnozlaşdırılır.
“Qeyri-neft sektoru üzrə ƏDV-in artımının əsas səbəbi qeyri-neft ÜDM-in artımı, habelə sosial sahədə aparılan əməkhaqqı islahatlarının istehlaka təsirinin nəzərə alınması ilə bağlı olmuşdur”.
Sadələşdirilmiş vergi üzrə daxilolmalar 380 milyon manat nəzərdə tutulur ki, bu da 2019-cu ilin proqnozuna nisbətən 58 milyon manat və ya 18 faiz çoxdur. Artımın səbəbi qeyri-neft ÜDM-in artımı, habelə sosial sahədə aparılan əmək haqqı islahatlarının istehlaka təsirinin nəzərə alınması ilə bağlı olmuşdur.
Aksiz vergisi üzrə daxilolmalar 749 milyon manat nəzərdə tutulur ki, bu da 2019-cu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 147 milyon manat və ya 24,4 faiz çoxdur. Həmin məbləğin 57,9 faizi və ya 434 milyon manatı neft sektorunun, 42,1 faizi və ya 315 milyon manatı qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektoru üzrə aksiz vergisi 2019-cu ilin proqnozu ilə müqayisədə 3,2 dəfə və ya 215 milyon manat çox proqnozlaşdırılır.
“Qeyri-neft sektoru üzrə aksiz vergisində artım aksizli malların satış qiymətində aksiz dərəcələrinin xüsusi çəkisinin və ölkə daxilində aksizli malların istehsal həcmlərinin artmasının proqnozlarda nəzərə alınması hesabına olmuşdur. Neft sektoru üzrə aksiz vergisinin cari ilə nisbətən az proqnozlaşdırılmasının əsas səbəbi neft məhullarının çeşidləri üzrə istehsal həcmlərinin dəyişməsinin nəzərə alınmasıdır”,- Təqdimatda bildirilir.
Hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmalar 211 milyon manat nəzərdə tutulur ki, bu da 2019-cu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə eyni səviyyədədir. Həmin məbləğin 68,7 faizi və ya 145 milyon manatı qeyri-neft sektorunun, 31,3 faizi və ya 66,0 milyon manatı neft sektorunun payına düşür.
Mədən vergisi üzrə daxilolmalar 134,5 milyon manat nəzərdə tutulur ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 1,5 milyon manat və ya 1,1 faiz çoxdur. Həmin məbləğin 96,7 faizi və ya 130 milyon manatı neft sektorunun, 3,3 faizi və ya 4,5 milyon manatı qeyri-neft sektorunun payına düşür. Neft sektoru üzrə mədən vergisi növbəti il üzrə Dövlət Neft Şirkətinin özünün istismar etdiyi yataqlardan əldə olunan neft və təbii qazın hasilat həcmləri nəzərə alınmaqla proqnozlaşdırılmışdır.
Hüquqi şəxslərin torpaq vergisi üzrə daxilomalar 45 milyon manat nəzərdə tutulur ki, bu da 2019-cu ilin proqnozu ilə eyni səviyyədədir. Həmin məbləğin 66,7 faizi və ya 30 milyon manatı qeyri-neft sektorunun, 33,3 faizi və ya 15 milyon manatı neft sektorunun payına düşür. Dövlət rüsumu üzrə daxilolmalar 190 milyon manat nəzərdə tutulur ki, bu da 2019-cu ilin proqnozu ilə eyni səviyyədədir.
Yol vergisi üzrə daxilolmalar 76 milyon manat nəzərdə tutulur ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 6 milyon manat və ya 7,3 faiz azdır. Azalmanın əsas səbəbi Azərbaycan Respublikasının 2019-2021-ci illər üzrə təsdiq edilmiş yanacaq-enerji balansının proqnoz göstəricilərində ölkə daxilində istehsal olunan və daxili istehlaka yönəldilən avtomobil benzinin istehsal həcminin cari illə müqayisədə az proqnozlaşdırılmasının nəzərə alınması olmuşdur.
2020-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə ayrı-ayrı gəlir növləri üzrə daxilolmalar aşağıdakı kimi proqnozlaşdırılır:
İdxal olunan mallarla bağlı əlavə dəyər vergisi üzrə daxilolmalar 2 milyard 705 milyon manat nəzərdə tutulur ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 315 milyon manat və ya 13,2 faiz çoxdur. Artımın səbəbi qeyri-neft sektoru üzrə idxalın artımla proqnozlaşdırılmasının nəzərə alınması ilə bağlı olmuşdur.
İdxal olunan mallarla bağlı aksiz vergisi üzrə daxilolmalar 300 milyon manat nəzərdə tutulur ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 80 milyon manat və ya 21,1 faiz azdır. Azalmanın səbəbi aksizli malların ölkə daxilində istehsal həcmlərinin növbəti ildə artması ilə əlaqədadır.
Gömrük rüsumları üzrə daxilolmalar 950 milyon manat nəzərdə tutulur ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 50 milyon manat və ya 5,6 faiz çoxdur. Yol vergisi üzrə daxilolmalar 45 milyon manat proqnozlaşdırılır ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 13,0 milyon manat və ya 40,6 faiz çoxdur.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
9 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
9 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
9 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
9 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
10 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton























