Dövlət büdcəsinin icrasına dair operativ məlumat - 1 MİLYARD ÇOX XƏRCLƏNİB
2019-cu ilin doqquz ayında dövlət büdcəsinin icrasına (operativ) dair məlumat
2019-cu ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 16 milyard 871,2 milyon manat, xərcləri 16 milyard 690,6 milyon manat olmuş, 180,6 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranmışdır.
Bu barədə “Marja”ya Maliyyə nAzirliyindən bildirilib.
Gəlirlər
2019-cu ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 16 milyard 871,2 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz və yaxud 780,6 milyon manat çoxdur.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 608,5 milyon manat məbləğində daxilolmalar təmin edilmişdir ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz və ya 302,6 milyon manat çoxdur.
Həmin vəsaitin 70 faizi və yaxud 3 milyard 928,4 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 438,6 milyon manat və ya 12,6 faiz çoxdur.
2019-cu ilin doqquz ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 milyard 250,1 milyon manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz və yaxud 649,7 milyonmanat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 377,2 milyon manat təşkil etmişdir ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz və ya 55,7 milyon manat çoxdur.
Sair daxilolmalar üzrə büdcəyə 99,4 milyon manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 milyon manat və ya 32,9 faiz çoxdur .
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 7 milyard 536 milyon manat vəsait transfert edilmişdir.
2019-cu ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 6 milyard 465,7 milyon manat icra olunmuşdur ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 190,4 milyon manat və ya 3 faiz çoxdur.
Xərclər
2019-cu ilin doqquz ayında dövlət büdcəsinin xərcləri 16 milyard 690,6 milyon manat icra olunmuşdur ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz və ya 1 milyard 24,6 milyon manat çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk doqquz ayında dövlət büdcəsi xərclərinin 35,3 faizi və ya 5 milyard 888,7 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz və ya 478,6 milyon manat çoxdur.
2019-cu ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 8 milyard 948,5 milyon manatı və ya 53,6 faizi cari xərclərə, 6 milyard 320,6 milyon manatı və ya 37,9 faizi əsaslı xərclərə, 1 milyard 421,5 milyon manatı və ya 8,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 5 milyard 739,6 milyon manat icra olunmuşdur.
İcmal büdcə
Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 25 milyard 566,7 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 694,3 milyon manat və ya 7,1 faiz coxdur. İcmal büdcənin xərcləri 17 milyard 963,6 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 mln. manat çoxdur. İcmal büdcədə 7 milyard 603,1 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 d. əvvəl
- 7 d. əvvəl
-
6 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 6 saat əvvəl
-
7 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
7 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 7 saat əvvəl
-
8 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!






.jpg)
.jpg)










.jpg)






