AzAqro-nun dəstəyi ilə bu ölkələrə Şəmkir ərazisindən 1 milyon gül ixrac olunacaq - FOTO
(®) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı və dinamik inkişafa, sərbəst bazar münasibətlərinə əsaslanan, sosialyönümlü iqtisadi siyasəti nəticəsində milli iqtisadiyyatımızın uğurları daha da möhkəmləndirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.
Ölkəmizdə dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplər müəyyənləşdirilib, bu münasibətlərin institusionallaşdırılması baş verib. Ümumiyyətlə, sahibkarlığın inkişafı sahəsində qəbul edilmiş normativ-hüquqi sənədlər, sahibkarlığa dövlət maliyyə mexanizminin daha da təkmilləşdirilməsi iş adamlarında özünəinam hissini artırıb, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, xüsusilə də regionlarda yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına təkan verib. Artıq ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektləri sosial təşəbbüslərə daha fəal qoşulmaqdadırlar.
Məqsədli dövlət proqramlarının icrasında sahibkarların fəallığının artmasında, ölkədə istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsində, istehsal həcminin və çeşidinin genişlənməsində xüsusilə əhəmiyyətli olmaqla, daxili tələbatın maksimum dərəcədə yerli istehsal hesabına ödənilməsinə, ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə, ölkəmizin ixrac imkanlarının genişləndirilməsinə əlverişli şərait yaratmışdır.
“AzAgro” MMC Şəmkir rayonunun Sarıtəpə kəndində Azərbaycanda kənd təsərrüfatı sahəsində innovativ üsulların tətbiqi, müasir tələblərə cavab verən texnologiya əsasında mərkəzləşdirilmiş kompüter bazasında əkinin idarə edilməsi sistemini həyata keçirir.
“AzAgro” MMC, 2008-ci ildə təsis edilmişdir və 2010-cu ildən etibarən “Synergy Group” MMC-nin törəmə müəssisəsi olaraq fəaliyyət istiqamətini istixana şəraitində kənd təsərrüfatı məhsullarının istehsalının təşkilinə yönəltmişdir. "AzAgro" MMC-nin istixana təsərrüfatları 2012-ci ilin sentyabr ayından etibarən 1 hektar ərazidə damla suvarma texnologiyası ilə qızılgülün yetişdirilməsinə başlamışdır. İstixana ən müasir tələblərə cavab verən tam sənaye səviyyəsində avadanlıqla təchiz olunmuş müəssisədir. Güllər tam torpaqsız mühitdə, xüsusi mineral substratlarda yetişdirilir. Suvarma, isitmə, havalandırma, iqlimin nizamlanması, pərdələmə, soyutma və s. proseslər tam avtomatlaşdırılmış şəraitdə və kompüter proqramları ilə idarə olunur. Müəssisədə istifadə olunan texniki vasitələr beynəlxalq standartlara tam uyğun səviyyədə məhsulların yetişdirilməsinə imkan verir.
İstixananın fəaliyyətinin genişləndirilməsi üçün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfindən konsaltinq və hüquqi məsləhət xidmətləri, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə, dövlət dəstəyi mexanizmləri haqqında məlumatlandırma və onlara çıxış kimi istiqamətlərdə dəstək göstərilib.
Yeni layihə investisiya təşviqi sənədi əsasında reallaşdırılıb. Layihəyə 2,3-milyon manat həcmində investisiya yatırılıb və istixananın əsas investisiya mənbələrindən biri də "Prior Leasing" şirkətidir. Şirkət kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin və proqramların Dövlət Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına maliyyələşdirilməsi və lizinqə verilməsi ilə məşğuldur.
İstixananın əvvəl illik istehsal gücü 1 milyon gül idisə, yeni istixana fəaliyyətə başladıqdan sonra gül istehsalı 3 milyona qədər artırılıb. Hazırda AzAgro məhsullarının ixracına başlayıb. İxrac olunacaq ölkələr Rusiya və Gürcüstan nəzərdə tutulub. Bu ölkələrə Şəmkir ərazisindən illik 1 milyon ədəd gül ixrac olunacağı gözlənilir. Əlavə edək ki, yeni istixana idxalı əvəz edir. Belə ki, yerli istehsal, ölkədə gülə olan tələbatı təmin edir. Həmçinin yeni istixana istehlak qiymətlərinin də, aşağı salınmasına xidmət edir.
Regionlarda məşğulluq səviyyəsi günü gündən artır. Əvvəl müəssisədə 41 nəfər çalışırdırsa yeni istixananın fəaliyyətindən sonra bu göstərici 71 nəfərə çatdırılıb. Buda öz növbəsində regionlarda qadınların məşğulluq səviyyəsini artırmaqdadır. Müəssisədə çalışanların 70%-ni qadınlar təşkil edir.
“AzAgro” MMC–nin aid olduğu "Synergy Group" MMC, qeyri-neft sektorunda müxtəlif inkişaf yönümlü şirkətlərdən ibarət dinamik portfeli uğurla idarə edir. Qrupa daxil olan şirkətlərdə 2000-dən artıq iş yeri ilə birbaşa təmin edilir və ümumilikdə bizim müəssələrimizin bazarda iştirakı ilə əlavə minlərlə iş yerinin yaranmasına təkan veririk. “Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir. “Synergy Group” MMC-nin investisiya strategiyası yatırımların yüksək rentabelliyini təmin etməklə uzunmüddətli inkişafın əldə olunmasına əsaslanır.
Synergy Group qeyri-neft sektorunda müxtəlif və inkişaf yönümlü şirkətlərdən ibarət dinamik portfeli uğurla idarə edir. Qrupa daxil olan şirkətlərdə 2000-dən artıq insan iş yeri ilə birbaşa təmin edilir və ümumilikdə müəssisələrin bazarda iştirakı ilə əlavə minlərlə iş yerinin yaranmasına münbit şərait yaranır.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
12 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
12 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
12 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
12 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
13 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton























