Dövlət qiymətli kağızlar bazarı azalıb - PALATA GÖSTƏRİCİLƏRİ AÇIQLADI
Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, 2019-cu ilin doqquz ay ərzində investisiya qiymətli kağızları bazarında ümumilikdə 12 milyard 71.5 milyon manat həcmində əməliyyat aparılıb. Əməliyyatların 80.1%-i (9 milyard 666 milyon manat) ilkin bazarda, 19.9%-i (2 milyard 405.6 milyon manat) isə təkrar bazarda aparılıb.
Cari ilin yanvar-sentyabr ayları ərzində qiymətli kağızlarla ilkin bazar əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% azalıb, təkrar bazar əməliyyatları isə 69% artıb.
Korporativ qiymətli kağızlar
2019-ci ilin doqquz ayı ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz vəsaitlərini artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının korporativ istiqrazlar seqmentində əməliyyatların həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 42.1% (447.9 milyon manat) artmasına səbəb olub. Əlavə olaraq, korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 20.7% artaraq 759.3 milyon manata çatıb.
Dövlət qiymətli kağızları
Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% azalaraq 9 milyard 315.3 milyon manat təşkil edib. Bunun 951,7 milyon manatını dövlət istiqrazları, 8 milyard 363.6 milyon manatını isə Mərkəzi Bankın notları təşkil edib. Dövr ərzində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 27 hərrac, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə isə 40 hərrac keçirilib və müvafiq olaraq, 527 milyon manat və 8 milyard 140 milyon manat məbləğində yerləşdirmə olub.
Repo əməliyyatları
Hesabat dövründə qiymətli kağızlarla keçirilən repo əməliyyatlarının ümumi məbləği 842,9 milyon manat olub. Dövlət istiqrazları ilə repo əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artım nümayiş etdirərək 490,4 milyonmanat təşkil edib.
Qeyd edək ki, ötən dövrlərin hesabatında əks olunmuş fərq müqavilələri ilə marja ticarəti əməliyyatları üzrə statistik məlumatlar bu hesabatlığa daxil edilməmişdir.
2019-cu ilin birinci yarısı üzrə investisiya qiymətli kağızları bazarının əsas göstəriciləri icmal göstəricilərdə öz əksini tapıb.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
6 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
6 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
7 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
7 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
8 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton






















