"Mənzillərin layihəsini çəkdirdik, sahələr əksik gəlir" - MTK-DAN ŞİKAYƏT
Bakının Xətai rayonu Nəsrəddin Tusi küçəsi 22A ünvanında yeni inşa olunan binada yaşayan bir qrup sakin mənzillərinə çıxarış ala bilmirlər.
Bunu həmin ünvanda yaşayan sakinlərdən biri - "Əmlak" Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib.
Onun sözlərinə görə, sakinlər üzləşdikləri problemlərlə bağlı müraciət ediblər: "Bu müraciəti son günlər Xətai rayonu Nəsrəddin Tusi küçəsi 22A (əvvəlki ünvan Gəncə prospekti 29/80-81) ünvanda "Şərur" MTK-ya daxil olan "Universal Servis" MMC tərəfindən 2005-2006-cı illərdə inşa olunan və 10 ildən artıqdır sakinlərin faktiki istifadəsində olan, hər biri 128 mənzildən ibarət olan, 2 ədəd 1 bloklu çoxmənzilli binanın bir qrup sakini adından edirik. Artıq bir neçə gündür ki, televiziya, mətbuat və sosial şəbəkələrdə problemin əsl mahiyyəti barədə məlumatlar işıqlandırılıb və bir daha qarşılaşdığımız problemi diqqətinizə çatdıraraq problemin ictimailəşdirilməsində yardımçı olmağınızı xahiş edirik. Nəzərinizə çatdırım ki, yaşadığımız binalar 10 ildən artıqdır inşa olunub sakinlərə satılmasına, MTK-ya etdiyimiz çoxsaylı müraciətlərə baxmayaraq binaların istismara qəbulu və qeydiyyata alınması üçün MTK heç bir addım atmayıb.
Nəhayət 19 fevral 2019-cu il tarixdə Prezident İlham Əliyevin imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmanı ilə ötən ay bizim yaşadığımız binalar da istismara qəbul olundu. Amma təəssüflər olsun ki, "Şərur" MTK rəhbərliyinin qanunsuz tələbləri 200-dən artıq ailənin konstitusion hüquqlarının təmin olunmasına əngəl yaradır. Məlumat üçün bildirim ki, qanunvericiliyin tələblərinə uyğun olaraq istismara verilmiş yeni çoxmənzilli binalarda ilkin qeydiyyat üçün tələb olunan sənədlər MTK-ya borcun olmamasına dair maliyyə arayışı və MTK-nın protokolundan çıxarışdır.
Əksər sakinlərin əlində 5-10 il əvvəl təqdim edilmiş maliyyə arayışları olsa da protokoldan çıxarışın alınması problemə çevrilib. MTK rəhbərliyi faktiki olaraq sakinlərə protokoldan çıxarışı verməkdən boyun qaçırır və iddiasını bununla əsaslandırır ki, hər mənzildə təqribən 3-10 kv.m. artıq sahə var və sakinlər həmin sahələrin pulunu (1800-6000 manat) bu günkü bazar qiymətləri ilə ödəməlidirlər. MTK-nın bu iddiası iftiradır, sakinlərdən əlavə pul almaq üçün ortaya atılmış uydurma, cəfəng bir kampaniyadır. Çünki, MTK-nın 2007-ci ildə bizə təqdim etdiyi binanın planında mənzil sahələri aydın görünür və sahələr 2016-cı ilə qədər müqavilələrlə eynidir, 1 kvadrat belə fərq yoxdur. Bundan başqa, şirkət bu iddianı ortaya atan günün səhərisi biz mütəxəssis dəvət edib bir neçə mənzilin eskiz layihəsini çəkdirdik və bu layihələrdə balkonlar daxil olmaqla sahələr nəinki artıq hətda əksik gəlir.
Əskik sahələr 2-3, 5, bəzi mənzillərdə hətda 10 kvadrat metrdən artıqdır. "Şəhərsalma və Tikinti Məcəlləsi"nin tələblərinə görə MTK balkon və terasları satarkən müəyyən olunmuş kafsentləri nəzərə almalı, bu sahələr vətəndaşlara mənzil qiymətinin 30-50 faizindən artıq qiymətə satıla bilməz. Buna baxmayaraq biz, balkonların mənzil qiymətinə satılmasını qəbul edirik, hətda bu halda belə sahələr müqavilədə göstərilən ölçülərdən az çıxır. MTK-nın sakinlərə təqdim etdiyi protokollardan çıxarışlarda külli miqdarda vergidən yayınma halları mövcuddur. Belə ki, MTK-nın son günlərdə sakinlərə təqdim etdiyi maliyyə arayışlarında 100 kvadrat metrdən artıq sahəsi olan mənzillərin dəyəri 10 min manata yaxın rəsmiləşdirilib-hər kv.m. üçün təqribən 100 manat. Burada MTK-nın vergidən yayınması ilə yanaşı gələcəkdə ona qarşı ola biləcək iddialardan sığortalanma məqsədi də var. Çünki, bir sıra sakinlər çıxarışları aldıqdan sonra artıq sahəyə görə alınan vəsaitlərin geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldıracaqlarını gizlətmirlər".
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
10 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
11 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
11 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!



















