Azərbaycanda kompleks satış üçün “Tur Operator” yaradılacaq
Azərbaycanda tərkibində bir neçə turizm xidmətlərini kompleks şəkildə birləşdirəcək yeni “Tur Operator” qurulur.
“New ERA” turizm şirkətinin nəznində formalaşdırılacaq tur operatorluq üçün ilkin dövrdə Gürcüstan (Tibilisi), Birləşmiş Ərəb Əmirliyi (Dubay) və Səudiyyə Ərəbistanında (Dammam) nümayəndəlik ofislərinin açılacağı planlaşdırılır.
Qeyd edək ki, satış işini daha təkminləşdirmək üçün xüsusi B2B onlayn platformada qurulur ki, bu da qiymətləndirmə siyasətində obyektivlik və çeviklikliyin təmin olunmasına şərait yaradacaq. Yeni sistem ölkədə gəlmə turizmin inkişafına təkan verəcək və “Azərbaycan” brendinin digər ölkələr arasında rəqabət qabiliyyətinin artırılmasına şərait yaradacaq.
"Əsas prioritetimiz ölkəyə gəlmə turizmin təşkili məsələlərini dünya standartlarına uyğunlaşdırmaqdır", deyən “New ERA” şirkətinin direktoru Elçin Rüstəmov bu istiqamətdə gərəkli olan bütün addımların atılacağını vurğulayıb. Onun sözlərinə əsasən, 2020 ci ilin ilk rübü ərzində B2B onlayn sistemin qurulması hədəflənir.
Eyni zamanda o, aşağıdakıları da qeyd edib :
"Təbii ki, bu bir az zaman alacaq bir mərhələdir, çünki qurulacaq qlobal sistem vasitəsilə yalnız otellərin bronlaşdırılması deyil, eyni zamanda bir sıra beynəlxalq hava yolları şirkətlərinin biletlərinin onlayn satışı, hazır tur paketlərin kombinə edilməsi və s.təşkil olunacaq. "New ERA" turizm şirkətinin əsas sloqanı “hər şeyin ən yaxşısı” olduğu üçün, hər şeyin kompleks və mükəmməl şəkildə olması əsas hədəfimizdir. Bu səbəblə əsas diqqətimizi sistemin daha qısa müddətə hazır olmasına deyil, daha mükəmməl şəkildə qurulmasına ayıracağıq. Mənim biznesə yanaşma tərzim sadə qaydadadır, yəni bəhanəsi olanın inkişafı olmaz!
Əsas hədəfimiz bəhanə, xəta və boşluqların olmadığı bir beynəlxalq sistemi ərsəyə gətirməkdir. Artıq qlobal bazarda ölkələr arasında rəqabət daha çox onlayn platformalar üzərindən olduğu üçün əsas fikrimizi bu istiqamətə ayırmalıyıq.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliyindən ölkə daxili xüsusi turların təşkili üçün özəl olaraq bir neçə nəqliyyat vasitəsinin də gətirilməsi planlaşdırılır."
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























.jpg)




