Dövlət qurumu gözətçi və patrul xidmətləri üçün özəl şirkətə 1,7 milyon manat ödəyəcək
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki respublikanın şəhər və rayonlarında yerləşən müəssisə və obyektlərinin mühafizəsini "AS Security" MMC təmin edəcək.
"Marja" xəbər verir ki, Dövlət Xidməti ilə "AS Security" MMC arasında müqavilə imzalanıb. Məbləği 1 milyon 686 min manat olan müqavilə Xidmətin tabeliyindəki respublikanın şəhər və rayonlarında yerləşən müəssisə və obyektlərin mühafizəsinin təmin edilməsi məqsədilə gözətçi və patrul xidmətlərinin satın alınmasını nəzərdə tutur.
2010-cu ildə yaradılmış "AS Security" MMC-nin qanuni təmsilçisi Niyaməddin Abasovdur.
Məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsi 2020-ci ildə Bakıda və regionlarda yerləşən 250 müəssisə və obyektin mühafizəsini “AS Security” MMC-ə tapşırıb. Demək olar bütün obyektlər fəaliyyətsizdir. Obyektlərin bir hissəsi yardımçı təsərrüfatlar üçün torpaq sahəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
3 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
1 d. əvvəl
Robert Köçəryana qarşı cinayət işi ilə bağlı təfərrüatlar açıqlanıb: 6 nəfər həbs edilib
-
52 d. əvvəl
Yeni dərs ilinə “Nəhəng qayıdış” - 7%-DƏK KEŞBEK, 6 AYADƏK FAİZSİZ TAKSİT ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanlıların xaricə səfərləri azalıb – İran istiqamətində kəskin geriləmə
-
1 saat əvvəl
Azərbaycana gələn əcnəbilərin sayı 9,2% azalıb – Körfəz ölkələrindən axın 32,8% düşüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
77 mindən çox saxta IMEI bloklanıb – 1,6 milyon qoşulma cəhdinin qarşısı alınıb
-
2 saat əvvəl
Qızılın qiyməti son 3 ayın ən yüksək səviyyəsində – 5000 dollara doğru gedir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Azərbaycana gələn əcnəbilərin sayı 9,2% azalıb – Körfəz ölkələrindən axın 32,8% düşüb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Bank Respublika” 24 sentyabrda mühüm qərarlar verəcək























