Azərbaycan şirkəti ABŞ şirkətilə birgə müəssisə yaradır - MEMORANDUM İMZALANDI
Birgə müəssisə Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşəcək. Müəssisə Azərbaycanda həm quruda həm də dənizdə fəaliyyət göstərəcəkdir.
Bu gün Azərbaycanın SOCAR AQŞ şirkəti və ABŞ-ın Halliburton şirkəti Azərbaycanda neft sənayesi üçün çoxsaylı material və xidmətlərin təchizi üzrə fəaliyyət göstərəcək birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalayıb.
Bu barədə “Marja”ya SOCAR AQŞ-dən bildirilib.
SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev deyib: "Şirkətimizin dünya səviyyəli səriştəsini, zəngin təcübəsini və müasir infrastrukturunu neft sənayesi üzrə material və xidmətlərin təchizi sahəsində qlobal lider hesab olunan Halliburton şirkətinin tam potensialı ilə birləşdirərək Azərbaycanda birgə əməkdaşlıq etmək və fəaliyyətimizi genişləndirmək üçün strateji platformanın əsasını qoyduq!’’.
Halliburton şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə Baş vitse-prezidenti Ahmed Kenavi bildirib: "Biz inanırıq ki, SOCAR AQŞ ilə yeni yaradacağımız birgə müəssisəmiz neft sənayesi üçün material və xidmətlərin təchizi üzrə regionun artan tələbatını dünya səviyyəli xidmətlər göstərməklə təmin edə biləcək və bazarda unikal mövqeyə malik olacaqdır.
Bununla yanaşı, bizim bu müəssisə ilə əməkdaşlığımız ölkənin yüksək texnoloji xidmətlərin lokalizasiyası üzrə strategiyasına dəstək verəcək!"
Birgə müəssisə Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşəcək. Müəssisə Azərbaycanda həm quruda həm də dənizdə fəaliyyət göstərəcəkdir.
SOCAR AQŞ və Halliburton şirkətləri birgə müəssisənin fəaliyyətə başlamasını 2020-ci ilin ikinci rübündə, razılaşmanın müəyyən olunmuş müddəalarının icrasından sonra həyata keçirməyi planlaşdırır.
SOCAR AQŞ
Məlumat üçün bildirək ki, SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılmasıdır. Bundan başqa, şirkət təchizat sistemlərinin, anbar təsərrüfatının və digər əlaqəli xidmətlərin idarə olunması sahəsində də zəngin təcrübəyə malikdir.
Hal-hazırda SOCAR AQŞ Xəzərdə 4 neft və qaz yatağında, o cümlədən dayazsulu “Günəşli”, “Qərbi Abşeron” və “Bulla” yataqlarında mövcud olan 5 platformada 6 qazma qurğusu vasitəsilə qazma işlərini aparır.
Müəssisə həmçinin Türkiyədə ‘’Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi’’ layihəsi çərçivəsində qazma işlərini uğurla icra etməkdədir.
SOCAR AQŞ Ukrayna və Banqladeşdə fəaliyyət coğrafiyasını genişləndirməklə müvafiq müqavilələr üzrə nəzərdə tutulan işlərin icrasını uğurla həyata keçirib.
SOCAR AQŞ regionda API Spec Q2- Keyfiyyət İdarəetmə Sisteminin standartının tələblərinə uyğun sertifikatı ilə təltif olunmuş ilk və yeganə qazma müəssisəsidir. Şirkətdə 1200 əməkdaş çalışır, onların tam əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
SOCAR AQŞ 2019-cu ilin sentyabr ayında BMT-nin Qlobal Sazişi üzrə Lider şirkət elan olunub.
Müəssisə NEQSOL Holding-in tərkibinə daxildir, səhmdarları SOCAR və Nobel Oil Services şirkətləridir.
HALLIBURTON
1919-cu ildə qurulan Halliburton şirkəti dünyanın ən böyük neft sənayesi materiallarının və xidmətlərinin tədarükçülərindən biridir. 80-dən çox ölkədə 140 milləti təmsil edən 55.000 işçisi olan şirkət, müştərilərinə karbohidrogenlərin tapılması və geoloji məlumatların idarə edilməsindən tutmuş qazma əməliyyatları, layların qiymətləndirilməsi, quyuların layihələndirilməsi, tamamlanması və hasilatın optimallaşdırılmasına qədər dəyəri artırmağa kömək edir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
- 3 gün sonra
-
2 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
-
9 saat əvvəl
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
- 9 saat əvvəl
-
9 saat əvvəl
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
Ən çox oxunanlar
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!
AZAL-dan Gürcüstana səfər edənlərə tövsiyə - Bu sənəd tələb olunacaq
“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!
"Şahdağ Turizm Xizək Mərkəzində 1-2 ilə trasların uzunluğu təqribən 55 kilometr olacaq"














