Rusiya neft hasilatını bir qədər də azaltmaq təklifini rədd edib
"OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin nazirlərinin Vyanada keçiriləcək rəsmi görüşünün başlamasından əvvəl Rusiya koronavirusla əlaqəli vəziyyətə cavab olaraq neft hasilatını bir qədər də da azaltmaq təklifini qəbul etməyib.
TASS-ın verdiyi xəbərə görə, bu barədə danışıqlara yaxın olan mənbə bildirib.
"Dəstək vermirlər. İstehsalın əlavə azaldılması ilə bağlı təklifləri rədd etdilər", - mənbə qeyd edib.
Mənbə əlavə edib ki, Rusiya hazırkı razılaşmanı sadəcə cari ilin II rübünün sonunadək uzatmağa hazırdır. Hazırda Rusiyanın Energetika naziri Aleksandr Novak rəsmi görüş başlamazdan əvvəl həmkarları ilə qeyri-rəsmi danışıqlar aparır.
Eyni zamanda, başqa bir mənbənin TASS-a verdiyi məlumata görə, Rusiyanın nümayəndə heyəti üçün əsas ssenari yenə də görüşün nəticələrinə görə razılığa gəlməkdir.
OPEC ölkələrinin təşkilatın rəsmi iclasından sonra "OPEC+" təşəbbüsü çərçivəsində bu ilin sonuna kimi gündəlik neft hasilatının daha 1,5 mln. barel azaldılmasını tövsiyə ediblər.
Qeyd edək ki, OPEC ölkələri qurumun rəsmi iclasından sonra "OPEC+" təşəbbüsü çərçivəsində bu ilin sonunadək gündəlik neft hasilatını daha 1,5 mln. barel azaldılmasını tövsiyə edib.
Xatırladaq ki, "OPEC+" Texniki Komitəsi iştirakçı ölkələrə koronavirusun (COVID-19) təsirini aradan qaldırmaq məqsədi ilə bu ilin II rübü üçün gündəlik neft hasilatını əlavə 1 mln. barel azaltmağa tövsiyə edib. Komitə neft hasilatının azaldılması üzrə mövcud kvotanın 2020-ci ilin sonunadək uzadılmasını nəzərdən keçirməyi də tövsiyə edib.
Əlavə etmək lazımdır ki, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da "OPEC+" üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi "OPEC+" ölkələri arasında proporsional qaydada aparılıb.
Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)

















.jpg)

