"Razılaşma ehtimalı həddindən artıq aşağıdır" - NEFT QİYMƏTLƏRİ YENİDƏN ÇÖKƏ BİLƏR
Beynəlxalq Enerji Agentliyi (IEA), cümə günü etdiyi şərhdə, sektor tarixinin ən böyük hasilat azaldılması olan bu miqdarın (gündəlik 10 milyon barel) bazarları sakitləşdirməyə kifayət etməyəcəyini bildirib.
Böyük istehsalçıların istehsalın azaldılmasını müzakirə edəcəkləri yığıncağın tarixinin aprelin 6-dan 9-na keçirilməsi və ABŞ-ın danışıqlara qatılmayacağına dair işarələr razılaşmanın baş tutmayacağı şübhələrinin artmasına və bu da neft qiymətlərinin düşməsinə səbəb olub.
Marja xəbər verir ki, neft qiymətləri ilk öncə 4%-ədək düşüb, sonra bir qədər yüksəlib.
OPEC + yığıncağının Bazar ertəsi günü telekonfrans yolu ilə keçirilməsi planlaşdırılmışdı.
Səudiyyə Ərəbistanı və Rusiyanın neft qiymətlərindəki çöküş üçün bir-birlərini ittiham etmələrindən sonra yığıncaq Cümə axşamı gününə təxirə salınıb.
Diplomatlara görə, razılaşmaya dair bir az irəliləmə təmin edilib, ancaq dünyanın ən böyük istehsalçısı ABŞ-ın qatılmaması ilə razılaşma olmaya bilər.
ABŞ Prezidenti Donald Tramp, razılaşma üçün çağırış etməsinə qarşı, ötən şənbə günü etdiyi açıqlamda OPEC-i kartel adlandırıb və ABŞ-a idxal ediləcək neftə gömrük tarifi tətbiq edə biləcəyini söyləyib. Tramp bazar günü etdiyi açıqlamada isə, "böyük nisbətdə" gömrük vergiləri tətbiq edə biləcəyini, ancaq buna ehtiyac olacağını hesab etmədiyini qeyd edib.
Yığıncağın məqsədi, istehsalı, qlobal istehsalın 10%-nə qarşılıq gələn gündəlik ən azı 10 milyon barel azaltmaqdır. Ancaq koronavirusun qlobal iqtisadiyyatı dayanma nöqtəsinə gətirməsinə görə, bu miqdarın bu il az qala yarı-yarıya düşən qiymətləri dəstəkləyib dəstəkləməyəcəyi dəqiq bilinmir. Beynəlxalq Enerji Agentliyi (IEA), cümə günü etdiyi şərhdə, sektor tarixinin ən böyük hasilat azaldılması olan bu miqdarın (gündəlik 10 milyon barel) bazarları sakitləşdirməyə kifayət etməyəcəyini bildirib.
"Australia & New Zealand Banking Group"un əmtəə analitiki Daniel Hynes, "Razılaşma ehtimalı həddindən artıq aşağıdır" deyib və "Açıq bir şəkildə, tələbdəki çöküş nəzərə alındığında (gündəlik 15 milyon barel olduğu ehtimal edilir), bazarın sabitləşdirilməsi üçün ehtiyac olan razılaşmanın olacağı uzaq bir ehtimaldır", - deyib.
Qərb Texas nefti (WTI) 3.9% düşərək 27.23 dollara, Brent nefti 2.4% düşərək 33.29 dollara geriləyib.
Qeyd edək ki, ötən həftə, ABŞ Prezidentinin çağırışı ilə OPEC+ ölkələrinin danışıqlara başlayacaqları xəbəri qiymətlərin təxminən 40% yüksəlməsinə səbəb olmuşdur. Əgər neft istehsal edən ölklər cümə günü razılaşmasalar qiymətlərin yenidən çökəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
37 d. əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 39 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR
-
2 saat əvvəl
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” zəfəri Azərbaycana yaşadanları YAŞATmağa çağırır!
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı

Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək

İdxal artsa da, Gömrük Komitəsi plana tam əməl edə bilmir

Oktyabrın 7-də gözlənilən hava şəraiti

Ersin Tatar Azərbaycana səfərə gəlib

Renault 3 min nəfəri ixtisar etməyi planlaşdırır

Dövlət büdcəsində 4,5 milyard manatlıq artıqlıq yaranıb
